BMT ölkələri Bakı Qlobal İqlim Şəffaflığı Platformasından istifadə etməyə çağırdı...
BMT Katibliyi ölkələri Bakı Qlobal İqlim Şəffaflığı Platformasından (BTP) istifadə etməyə çağırır. Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Xamlaci "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
"BMT-nin İqlim Dəyişiklikləri Katibliyi COP29 prezidentliyi və tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində ölkələrə bütün regionlarda dəstək və potensialın artırılması istiqamətində fəal iş aparıb.
Biz hesabatlılıq üçün yeni alətlər və icmal prosedurları hazırlamışıq. 2 min mütəxəssisə təlim keçmişik və hesabatların hazırlanmasını asanlaşdırmaq üçün tövsiyələr təqdim etmişik.
COP29-un prezidenti, nazir Muxtar Babayevə və onun komandasına şəffaflığı prioritet etmələri və Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) yaratdıqları üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüs Təkmilləşdirilmiş Şəffaflıq Sistemində iştirakı gücləndirəcək və inkişaf etməkdə olan ölkələrə dəstək göstərəcək. Biz ölkələri bu platformadan fəal istifadə etməyə çağırırıq", - deyə o qeyd edib.