Putin Trampla razılaşsa, Zelenskinin başqa yolu qalmayacaq - Diplomatik mənbə xəbərdarlıq etdi …
Ukraynanın "Strana" nəşri yazır ki, Rusiya Donald Trampın sülh təkliflərini qəbul etsə, o zaman Zelenskinin yalnız iki yolu qalacaq.
Diplomatik mənbələrə görə, birinci variant Zelenskinin "indiki kimi davam etməsi" və münaqişəni bitirmək cəhdlərinin qarşısını almağa çalışmasıdır. Bununla belə, mənbə bəyan edib ki, bu halda Vaşinqtonun sərt reaksiyası risqi var və bu vəziyyət Ukraynada ciddi daxili siyasi nəticələrə səbəb ola bilər.
İkinci variant isə “müharibənin bitməsi prosesinə mane olmamaq, prosesə başlamaq və bu prosesin tez bir zamanda reallaşması üçün səy göstərməkdir”.
Mənbənin sözlərinə görə, belə bir vəziyyətdə Zelenski “Ukraynanın müstəqilliyini qoruyan və Kiyev üçün əlverişli şərtlərlə münaqişəyə son qoyan sülh prezidenti” kimi yenidən prezidentliyə namizəd ola bilər.
TAHİR