Trampın seçki müşavirindən qalmaqallı bəyanat - Ukrayna Krımı unutmalıdır...
ABŞ prezidenti Donald Trampın seçkilər üzrə müşaviri Brayan Lanza Krımla bağlı qalmaqallı açıqlama verib. O, deyib ki, Ukrayna Krımı unutmalıdır.
BBC-yə müsahibə verən Lanza Zelenskinin Krımı qaytarmaq şərtinin “qeyri-ciddilik” əlaməti olacağını bildirib və “Krım artıq mövcud deyil” bəyanatını verib.
Adı açıqlanmayan Respublikaçılar Partiyasının nümayəndəsi isə "Reuters"ə deyib ki, qalmaqallı bəyanat Tramp və onun administrasiyası adından verilməyib.
"Brian Lanza seçki kampaniyasında xüsusi rol oynayıb. Lakin o, prezident Tramp üçün işləmir və onun adından danışmır".
TAHİR