Bakı Londona vizasız rejim haqqında saziş imzalamağı təklif etdi
Energetika naziri Pərviz Şahbazov hesab edir ki, Bakı və London vizasız rejim haqqında saziş üzərində işə başlamalıdır.
“Böyük Britaniyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vizanın verilməsində bəzi çətinliklər müşahibə olunur. Onların arasında tələbələr, rəsmi şəxslər və iş adamları var”, - deyə energetika naziri Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
O hesab edir ki, tərəflər arasında vizasız rejim haqqında sazişin imzalanmasının vaxtı gəlib çatıb.