Blinken də Fələstinin haqqını tanıdı...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ dövlət katibi Antony Blinkenin Fələstinlə bağlı mövqeyindəki dəyişikliyi şərh edib. A.Quliyev yazır ki, ABŞ-ın Vitse-prezidenti Kamala Harisin İsrail-Fələstin qarşıdurması ilə bağlı son bəyanatından sonra Ağ Ev-də bu məsələ barədə ciddi fikir dəyişikliyi yaranıb. A.Quliyev daha sonra yazır: "Blinken Qəzza fəlakətinə yanaşmasını dəyişməyə məcbur oldu. Hər şeyə vitse- prezident Kamala Haris səbəb oldu. Haris "İsrailin müdafiə olunmaq, Fələstinlilərin dövlət qurmaq hüququ var" -deyəndən sonra ABŞ Administrasiyasında baxışlar yumşalmağa başladı. Blinken "İsrailin özünün də əbədi təhlükəsizliyi müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlıdır" bəyanatına heç bir irad tutmaq mümkün deyil. Demək, Fələstin ərəblərinin dirənişi nəticə verməyə başlayır..
Azərbaycan prezidentinin və Türkiyənin ilk gündən " iki dövlət prinsipi ilə Yaxın Şərq probleminin həllinin alternativi yoxdur" platformasının özünün də alternativi yoxdur...."
Mətləb