Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Rabitə informasiya texnologiyaları sahəsinin işçiləri üçün böyük önəm kəsb edən bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq qeyd olunur.
Son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib.
Ölkəmizdə telekommunikasiya infrastrukturunun yenilənməsi layihəsi həyata keçirilib, bütün istiqamətlərdə müasir texnologiyaların tətbiqinə nail olunub. Əhalinin elektron dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Bu gün artıq Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri ötüb.
Mətləb