Ərdoğandan Azərbaycan açıqlaması - "Bu yardımı heç vaxt unutmayacaqıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə mühüm fikirlər səsləndirib. R.T. Ərdoğan bəyan edib ki, Türkiyə qardaşlarının, xüsusilə də Azərbaycanın fevral ayında baş verən dəhşətli zəlzələlər zamanı göstərdiyi yardımı heç vaxt unutmayacaq.
Türkiyə lideri əmin edib ki, Ankara da çətin anlarda dost ölkələrə dərhal kömək edəcək. “Biz qardaşlarımıza kömək əlimizi uzadacağıq, bütün imkanlardan təmənnasız istifadə edəcəyik”, - deyə dövlət başçısı türk dünyasını “Türkiyənin həm kədərində, həm də sevincində olacağı kritik əhəmiyyətli bölgə” adlandırıb.
Mətləb Salahov