Ruslar və ukraynalılar bir-birlərinə qarşı göydən od tökən dəhşətli dronlardan istifadə edir – qaçmaq üçün sadəcə 10 saniyə...
Ukrayna ordusu ruslara qarşı “əjdaha dronları” kimi tanınan pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıblar. “The New York Times”ın yazdığına görə, sözügedən dronlardan ilk dəfə Donetskdə Pokrovsk yaxınlığındakı toqquşmalarda istifadə edilib.
Bu dronlar hücumlar zamanı havadan ərimiş metal tökə bilir. Briqada komandirlərindən biri, pilotsuz təyyarələrə termit yükləri əlavə edilərək inkişaf etdirilən bu texnologiyanın 2427 dərəcəyə qədər istilikdə yandığını və rus əsgərlərinin gizləndiyi bitki örtüyünü tam məhv etdiyini bildirib. Komandir bu dronların uğurla istifadə edildiyini və münaqişələrdə təsirli olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya silahlı qüvvələri də “əjdaha PUA”larından istifadə edir. Ötən ay sosial şəbəkələrdə Donetsk vilayətindəki Vuhledar qala şəhərciyində sözügedən PUA-larla Ukrayna əsgərlərinə hücumun görüntüləri yayılıb.
Metal yandırıcılar o qədər isti, o qədər tez yanır ki, onlardan gizlənmək mümkün deyil. Əriyən metalına altında qalan bədbəxt əsgərlər üçün yeganə seçim qaçmaqdır. ABŞ Ordusu 2000-ci ildə apardığı araşdırma ilə bağlı bildirib ki, döyüş meydanında döyüşən əsgərlər heç vaxt alov/termal təhlükələrlə mübarizə aparmağa çalışmır, əksinə onlardan mümkün qədər tez qaçmağa çalışırlar.
Qeyd edilir ki, dərin yanıqlar almamaq üçün əsgər 10 saniyə ərzində yandırıcı spreyin altından çıxmalıdır. Çox lənğ hərəkət etdikdə sağ qalma şansı da azalır. Yapışqan yanacaq qoruyucu geyimə dəydikdə isə, sağ qalma ehtimalı çox az olur.
TAHİR