İran geri addım atır?... İsraildən yeni iddia – Tehran ABŞ-a mesaj göndərdi…
İranın İsrailə 1 oktyabr hücumundan sonra bölgədə gərginlik davam edir. Təl-Əviv rəhbərliyinin İranın hücumuna cavab verəcəyini açıqlamasından sonra Tehrandan İsrailin yenidən vurulacağı barədə tez-tez bəyanatlar verilir.
Sonuncu dəfə İranın xarici işlər naziri Abbas Arakçi müharibə vəziyyətinə tam hazır olduqlarını deyib.
Qeyd edək ki, İranın hücumu ötən ilin oktyabrın 7-dən bəri İsrailə vurulan ən ağır zərər kimi dəyərləndirilir.
Bölgədə gərginliyin hər saniyə artdığı bir vaxtda İsrail mətbuatı yeni bir iddia ortaya atılıb.
İsrailin "Reshet Bet" radiosu Tehran rəhbərliyinin İsrailin İrana mümkün hücumu ilə bağlı üçüncü ölkə vasitəsilə ABŞ-a mesaj göndərdiyini iddia edib.
Radio adı açıqlanmayan mənbələrə istinadən, mesajda İsrailin İrana mümkün hücumu "məhdud" olarsa, Tehran administrasiyasının "məsələni bağlayacağı" iddia edilib.
İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunu hədəfə alıb və İran İsrailə raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə cavab verib.
TAHİR