KÖHNƏ VERSİYA            

5 ailə üzvünü qətl edən azərbaycanlı barədə məhkəmə hökmü və hüquqçu rəyi - "xəstə imiş"...

Image

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi 10 oktyabr tarixində başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. 

Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.

Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib. Yekun qərarla Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. 

Əliməmməd Nuriyev: “Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, anlaqsız vəziyyətdə olan şəxsə cəza təyin edilə bilməz”

“Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə- açıqlamasında bildirdi ki,   Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, şəxs əqli və ya psixi cəhətdən anlaqsız vəziyyətdə olduğu halda cinayət məsuliyyətindən azad edilir: “Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən şəxsin cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilərsə, ona cəza təyin edilmir. Bunun əvəzinə məhkəmə həmin şəxsin cəmiyyət üçün təhlükəli olduğunu nəzərə alaraq, onun psixi sağlamlığının bərpa olunması məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərar çıxara bilər. Bu tədbirlər Cinayət Məcəlləsinin 99-cu və 100-cü maddələrinə uyğun olaraq həyata keçirilir. Əhmədin məhkəmə psixiatrik ekspertizasının rəyinə əsaslanaraq cəzadan azad edilməsi və onun Maştağa psixiatrik xəstəxanasına yerləşdirilməsi barədə məhkəmənin verdiyi qərar qanunvericiliyə uyğundur. Cinayət Məcəlləsinə görə, şəxs cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu üçün cəzadan azad edilibsə, bu vəziyyət dəyişdikdən sonar, yəni şəxs sağalıb anlaqlı hala gəldikdə ona cinayət məsuliyyəti tətbiq edilmir. Əhməd Əhmədov sağalarsa, ona cinayət törətməkdə cəza təyin edilə bilməz. Bunun səbəbi odur ki, cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu artıq məhkəmə ekspertizasının rəyinə və məhkəmənin qərarına əsasən qəbul edilib. Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, anlaqsız vəziyyətdə olan şəxsə cəza təyin edilə bilməz”.

Çingiz Qənizadə: “Qanun tələb edir ki, bu cür şəxslər cəzaçəkmə müəssisəsində deyil, ruhi xəstəxanalarda qapalı şəkildə müalicə olunsun”

Demokratiya və İnsan Hüquqları Komitəsinin (DİHK) sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qəbul edilən qərar tam ədalətlidir: “Qanun tələb edir ki, bu cür şəxslər cəzaçəkmə müəssisəsində deyil, ruhi xəstəxanalarda qapalı şəkildə müalicə olunsun. Bu şəxs ailənin bütün üzvlərini qətlə yetirib. Bu, normal insanın törədə biləcəyi cinayət deyil. Hər hansı bir cinayətdə motiv, əsas səbəb olduğu halda, burda onlar yoxdur. Xəstənin beyninə bir “komanda” göstəriş verib və o, həmin göstərişi icra edib. Sözügedən şəxs şizofreniya xəstəsidir və qanun tələb edir ki, bu cür şəxslər cəzaçəkmə müəssisəsində yox, psixi, ruhi xəstəxanalarda qapalı şəkildə müalicə olunsun”.

Ç.Qənizadənin sözlərinə görə, psixi xəstəxanalarda müəyyən müalicələr gedir. Bəzən həmin müalicələri tətbiq etmək üçün əl-qolun bağlanması, dərmanların zorla qəbul etdirilməsi və sair metodlardan istifadə olunur: “Yəni bu, cəzaçəkmə müəssisənin digər bir formasıdır. Cinayətkar burada müalicə olunaraq cəzasını çəkəcək”.

Hüseyn Axundov: “Anlaqsız vəziyyətdə olan şəxs öz hərəkətlərini bilmir, törətdiyi əməllərdən xəbərsiz olur”

Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Cinayət Məcəlləsinin 21-ci maddəsində qeyd edilir ki, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində tibbi xarekterli məcburi tədbirlər tətbiq edilməlidir: “Anlaqsız vəziyyətdə olan şəxs həmin an öz hərəkətlərini bilmir, törətdiyi əməllərdən xəbərsiz olur. Məlum hadisə ilə bağlı peşəkar həkim-ekspert rəyləri verilib və onun həmin an anlaqsız vəziyyətdə olması sübut olunub. Yəni ondan normal insandan gözlədiyimiz davranışları gözləyə bilmərik. Həm də psixoloji problemli olduğuna görə qatil hadisəni gözünə görünən bir nəfərin diqtəsi ilə törətdiyini deyir. Bu, şizofreniya xəstələrində rastlanan bir şeydir. Əhməd normal insan deyil, əqli qüsuru olan bir xəstədir. Əgər o xəstə olmasaydı, öz doğmalarını amansızlıqla öldürməzdi. Ona görə də, qatilin müalicə mərkəzində ömrünün sonuna kimi cəza çəkməsi daha məqsədəuyğundur. Məlumat üçün deyim ki, beynəlxalq hüquq normalarına görə, anlaqsız şəxslər cinayət məsuliyyətinə cəlb olunmur və belə şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Əhmədin məhkəməsi də bu çərçivədə baş tutub, o, psixiatrik müalicə üçün ixtisaslaşmış tibb müəssisəsinə yerləşdiriləcək”.

Günel CƏLİLOVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

SON XƏBƏRLƏR

11.11.2024 | 16:42
Prezident İlham Əliyev Vuçiçlə görüşdü

11.11.2024 | 16:18
Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşdü - FOTO

11.11.2024 | 16:10
“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirildi

11.11.2024 | 15:57
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO

11.11.2024 | 15:43
Gürcü spiker Aİ ölkələrinin parlamentarilərinin görüş təklifini rədd etdi - seçkilərə müdaxilə ittiham...

11.11.2024 | 15:31
Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb - FOTO

11.11.2024 | 15:05
Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü

11.11.2024 | 15:03
Leyla Əliyeva və Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər - FOTO

11.11.2024 | 14:51
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında...

11.11.2024 | 14:33
Serbiya, Belarus və Slovakiya prezidentləri də Bakıya gəldi...

11.11.2024 | 14:16
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı

11.11.2024 | 14:00
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:43
İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu müzakirə edildi

11.11.2024 | 13:36
Bakıda COP29-un açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

11.11.2024 | 13:30
Efiopiya və Nepal prezidentləri COP29-da iştirak üçün Bakıya gəlib

11.11.2024 | 13:22
BMT Baş katibi Bakıya gəldi

11.11.2024 | 13:17
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:05
Армения остаётся раковой опухолью Кавказа - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.11.2024 | 12:53
Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

11.11.2024 | 12:45
"Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik" - Saymon Stil

11.11.2024 | 12:30
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 12:12
"COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir" - Muxtar Babayev

11.11.2024 | 12:02
Bu futbolçu 100-cü çempionat matçına çıxıb

11.11.2024 | 12:02
"COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq" - COP28-in Prezidenti

11.11.2024 | 11:55
Keniyanın Baş naziri Azərbaycanda səfərdədir

11.11.2024 | 11:50
Muxtar Babayev COP29-un Prezidenti seçildi

11.11.2024 | 11:47
"İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir" - Kleyr Miranda

11.11.2024 | 11:44
Karateçilərimiz Moskvadan 1 gümüş, 4 bürünc medalla dönür

11.11.2024 | 11:44
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 11:35
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11.11.2024 | 11:17
Kuk Adalarının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

11.11.2024 | 11:05
Ərdoğan Səudiyyə Ərəbistana gedib

11.11.2024 | 11:00
"Bu məlumat həqiqəti əks etdirmir" - Medianın İnkişafı Agentliyi jurnalistlərə müraciət edib

11.11.2024 | 10:56
Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 10:51
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

11.11.2024 | 10:46
Lixtenşteynin Baş naziri də Bakıya gəlib

11.11.2024 | 10:07
Bakıda CO29 çərçivəsində mətbuat konfransı keçirilib

11.11.2024 | 10:00
İraq Prezidenti Azərbaycana səfərə gəlib

11.11.2024 | 09:00
Bu gün Bakıda COP29 başlayır

10.11.2024 | 23:47
Trampın oğlundan Zelenskiyə mesaj - "Xərcliyini itirməyinə 38 gün"...

10.11.2024 | 23:10
Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi isə... - NATO-nun Avropadakı keçmiş baş komandanından iddia...

10.11.2024 | 22:21
Qana Prezidenti də COP29-da iştirak üçün Bakıya gəldi

10.11.2024 | 22:07
Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycanda...

10.11.2024 | 21:20
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və Heyətin üzvü Bakıya gəlib - FOTO

10.11.2024 | 21:03
Monqolustan Prezidenti Bakıya gəldi

10.11.2024 | 20:30
Hərbi qulluqçumuz Goranboyun Gülüstan kəndində minaya düşdü...

10.11.2024 | 20:18
Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 19:52
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Bakıya gəlib

10.11.2024 | 18:50
Trampın seçki müşavirindən qalmaqallı bəyanat - Ukrayna Krımı unutmalıdır...

10.11.2024 | 18:26
Niuenin Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 18:17
"Müharibənin bitməsindən qorxan birini görmüsünüzmü? Mən gördüm, adı Zelenskidir" - Slovakiyanın baş naziri

10.11.2024 | 17:41
Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək üçün Bakıya gəldi...

10.11.2024 | 17:38
Anqolanın və Malavinin vitse-prezidentləri Azərbaycana gəlib

10.11.2024 | 17:35
“Yeni Müsavat” qəzeti 35 yaşında - yubiley FİLMİ

10.11.2024 | 17:26
O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu - Yunus Oğuz

10.11.2024 | 16:45
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:37
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:15
Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:53
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:47
Kobaxidze COP29-da iştirak üçün Bakıya gəlir...

10.11.2024 | 15:24
DİN Azərbaycana qarşı dezinformasiya yayan İraq kanalını ifşa etdi - FOTO

10.11.2024 | 15:17
Yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar

10.11.2024 | 14:43
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib

10.11.2024 | 13:26
Misirdəki qəzada xəsarət alan azərbaycanlı ailədən yeni xəbər var...

10.11.2024 | 13:08
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Bakıya gəldi

10.11.2024 | 12:50
Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir

10.11.2024 | 12:05
COP29 Yaşıl Zona biletləri artıq satışdadır

10.11.2024 | 11:16
Azərbaycanın etirazından sonra erməni əsilli rejissorun filmi “Oskar”a təqdim edilmədi

10.11.2024 | 10:43
COP-29 günlərində Musiqili Teatrda qırğızlar "Adəm"lə çıxış edəcəklər

10.11.2024 | 00:10
Ermənistanın kapitulyasiya aktına imza atmasından dörd il ötür

10.11.2024 | 00:02
Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib

09.11.2024 | 19:53
Rəşad Məcid İradə Tuncayı yubileyi münasibətilə təbrik etdi

09.11.2024 | 19:15
COP29 konfransının proqramı açıqlandı

09.11.2024 | 18:46
“Global Witness” təşkilatının COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi ifşa edildi - MM komissiyası hərəkətə keçdi...

09.11.2024 | 18:32
Ulu Öndərimiz Heydər Əliyevin əmanəti – Zəfər Bayrağımız

09.11.2024 | 17:50
Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı

09.11.2024 | 17:15
Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verildi - FOTO

09.11.2024 | 16:10
Baham adalarının Baş naziri Bakıya gəldi

09.11.2024 | 15:54
Ərdoğan Azərbaycanı təbrik etdi

09.11.2024 | 14:04
Bakıda 57 marşrutun istiqaməti dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930