Qazaxda 18 tələbə dönərdən zəhərlənib - TƏBİB açıqlama yaydı
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının 18 tələbəsi bufetdə dönərdən zəhərlənib. TƏBİB bununla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. "16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
Mətləb