Türkiyə parlamentində 10 il sirr kimi saxlanacaq İsrail müzakirəsi...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İsrailin növbəti hədəfi Türkiyədir" xəbərdarlığından sonra Türkiyə Böyük Millət Məclisində bununla bağlı müzakirələr keçirilib.
Oktyabrın 8-də baş tutan iclas mətbuata qapalı keçirilib. İclasda xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak edib. Məlumata görə, müzakirələrdə bölgədəki vəziyyət və İsrail təhdidi ilə bağlı kəşfiyyat məlumatları da deputatlarla paylaşılıb və İsrailə qarşı gələcəkdə atılacaq addımlar müzakirə edilib.
Türkiyə qanunlarına görə, parlamentdə baş tutan bu qapalı müzakirə dövlət sirri hesab edilir. Deputatların da 10 il boyunca sözügedən müzakirələrlə bağlı açıqlama verməsi qanunla qadağan edilir.
TAHİR