KÖHNƏ VERSİYA            

İrəvanın saxta “2806 illik” tarixində 1968-ci il hadisəsini Azərbaycan tarixçiləri necə xatırlayır...

Image

Qasım Hacıyev: “Rəhmətlik Rəsul Rza danışırdı ki, həmin tədbirdə tanıdığım bir şairə yaxınlaşıb “Aram, bu daşlara baxırsan, hamısı rənglənmiş daşlardır, qədim deyil”-deyib”

Erməni saxtakarlığı əndazani elə aşıb ki, hədd-hüdud tanımır. Uzun illərdir “Erebini” nağılı ilə həm ermənilərin, həm də dünyanın başını qatmaqla məşğul olurlar. İrəvanın tarixini saxtalaşdırmaqla onu “qədim erməni şəhəri” kimi qələmə vermək işinə hələ keçən əsrin 60-cı illərində, Sovet hökumətinin qılıncının dalı-qabağı kəsdiyi vaxtlarda başlayıblar.   

İrəvanı “Erebini” kimi “tarixə” salmaq istəyirlər. Saxtalaşdırmanı rəsmiləşdirmək üçün “Erebuniyə” yubuleylər keçirirlər. 

Hazırda Ermənistanda “Erebuni”nin “2806 illiyini” keçirməyə hazırlaşırlar. Özləri də yazırlar ki, “Ermənistanın 13-cü paytaxtının 2806-cı ildönümünə həsr olunmuş Erebuni-Yerevan bayramı oktyabrın 13-də  keçiriləcək”. 

Erməni mətbuatı yazır ki, ilk “rəsmi” “Erebuni-Yerevan festivalı” 1968-ci ilin oktyabrında “paytaxtın yaradılmasının 2750 illiyi” ilə əlaqədar baş tutub. “Yubiley” şənlikləri təxminən bir həftə davam edib. Yazırlar ki, İrəvanın tarixindən bəhs edən yeni kitablar nəşr edilib, İrəvanın məişətindən bəhs edən yeni filmlər çəkilib, yeni mahnılar yazılıb, müxtəlif yubiley suvenirləri buraxılıb.

Bunlar 1968-ci ildə öz saxta tarixlərinə elə aludə olubmuşlar ki, hətta “gül və mahnı bayramı” keçiriblər, “bu festivalda” 2750 nəfərdən ibarət xor ilk dəfə olaraq “Erebuni-İrəvan” himnini ifa edib. Onu da yazırlar ki, “Arin-Berd” təpəsinin ətəyində “İrəvan Fondu Muzeyinin” açılışı olub. Yazırlar ki, həmin dövrdə muzeyə bitişik küçənin adı dəyişdirilərək “Erebuni” qoyulub, 2750 fəvvarədən ibarət meydan açılıb, “Respublika meydanında” “abidə” ucaldılıb.  

“İrəvanın əsasının qoyulmasının guya 2806 illiyinin təntənəli qeyd edilməsi onların növbəti yalanından xəbər verir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, erməni saxtakarlığına Sovet hakimiyyəti geniş rəvac verib. “Ermənilərin belə saxta tədbirlər, “bayramlar” keçirməsi yeni deyil. Onlar heç bir sahədə  ciddi nəticələr əldə edə bilməyiblər. Müharibədə uduzdular, siyasi-diplomatik müstəvidə əlləri boşa çıxır, bütün sahələrdə saxtakarlıqları üzə çıxır, üzə çıxdıqca da ifşa olunurlar. Dünyanı aldada bilmirlər, ona görə də yenidən erməni xalqını aldatmaqda davam edirlər. 

“Erebuni” məsələsi tamamilə cəfəngiyatdır. Ermənilər həmişə olduğu kimi, yenə də tarixi saxtalaşdırmaqla məşğuldurlar. İrəvanın əsasının qoyulmasının guya 2806 illiyinin təntənəli qeyd edilməsi onların növbəti yalanından xəbər verir. Ermənilərin İrəvan şəhərini qədim “Erebuni” adlandırmasının özü cəfəngdir. İrəvan Rəvanqulu xanın XVI əsrdə qaya üzərində tikdirdiyi böyük İrəvan qalasından ibarət olub. Onun ətrafında yaşayış məskəni olan İrəvan Azərbaycan türklərinin qədimdən yaşadığı, orta əsrlərdə böyük bir kənd olan yaşayış ərazisidir. İndi görün ermənilər nə ilə məşğuldurlar. Həm əvvəla, Azərbaycan xalqına məxsus olan bu qalanı, şəhəri, əraziləri erməni xalqına məxsus ərazi kimi təqdim edirlər. İkinci böyük saxtakarlıq da odur ki, son orta əsrlərdə yaranmış qalanı qədimləşdirərək, qədim “Erebuni” qalası kimi təqdim edirlər”.

Q.Hacıyev bildirdi ki, o vaxt heç “Erebuni” adı yox idi. İrəvan qalasını ermənilərin də bu cür adlandırdığını deyən Q.Hacıyevin sözlərinə görə, sonradan Moskvada vəzifədə olan ermənilər bəzi Sovet alimləri ilə əlbir olub saxtalaşdırma işlərinə başladılar. “1968-ci ildə onlar bu saxtakarlığı Moskvanın dəstəyi ilə həyata keçirdilər. “Yerli” olduqlarını sübut etmək üçün İrəvan qalasının ətrafında arxeoloji qazıntıar apardılar. Maraqlıdır ki, onlar ortaya sonradan rənglədikləri daşlar çıxardılar, guya bunlar qədim daşlar olub. Kremlin köməkliyi ilə saxtalaşdırma aparıb qondarma yubiley keçirdilər. O qondarma yubiley tədbirində iştirak edənlərin şifahi danışıqları var. Heyf ki, onlar o vaxt bu saxtakarlıq barədə fikirlərini çap etdirə bilməmişdilər. Azərbaycandan da həmin saxta tədbirdə iştirak edənlər şahid idlər ki, orada hər şey saxtalaşdırılmışdı. Birincisi, nə şəhərin qalıqları göstərir ki, İrəvan qədim şəhərdir, ikinci də, orada ümiumiyyətlə “Erebuni” qalası olmayıb. Heç “Erebuni” ilə İrəvan bir-birinə uyğun gəlmir. Erməni saxtakarlığı o həddə çatıb ki, dörd yerdə “Erebuni qalası” tapdıqlarını elan edirlər. O “qədim daşların” hətta birini də Şahbulaq ərazisində basdırmışdılar. İkisini də başqa yerə qoyublar ki, guya orda da “Erebuni qalası” olub. Bunların bu işləri başdan-başa saxtakarlıqdır. Bunların hərəkəti pişiyin öz quyruğu ilə oynamasına bənzəyir. Bunun bir tarixi, elmi əsası yoxdur. Özü də onlar belə şeylərdən qıcıq yaratmaq üçün istifadə edirlər. Bir də bunların məqsədi odur ki, saxta “Erebuni” tədbiri keçirməklə burada “qədim xalq” oluduqlarını “isbatlasınlar”. Bu qədər qaniçən, bu qədər vəhşi, bu qədər işğalçı, vandal bir xalq istəyir ki, özünü “mədəni xalq” kimi göstərib vəhşiliklərini ört-basdır etsin”.

Azərbaycan tarixçilərindən kimlərin 1968-ci ildə saxta  “Erebuninin” “2750 illiyində” iştirakına gəlincə, Q.Hacıyev bildirdi ki, konkret adları xatırlamır, amma o nümayəndə heyətində xalq şairi Rəsul Rza da olub. “Bizim alimlər getmişdi, amma adlarını xatırlamıram. O yadımdadır ki, xalq şairi Rəsul Rza orda olub. Rəsul Rza şifahi olaraq bir söhbət etmişdi, amma onu o barədə yazmağa qoymurdular. Rəhmətlik Rəsul Rza danışırdı ki, həmin tədbirdə tanıdığı bir şairə yaxınlaşıb “Aram, bu daşlara baxırsan, hamısı rənglənmiş daşlardır, qədim deyil”-deyib. Həmin erməni də ona “ara, Rəsulcan, səs eləmə, sakit ol, səni də öldürərlər, məni də” deyib. Yəni Rəsul Rza buna reaksiya verib. Amma erməni şair imkan verməyib ki, onu açıq şəkildə dilə gətirsin. Rəsul müəllim prinsipial adam idi, sözünü deməkdən çəkinmirdi...

Ermənilər həmişə Moskvadan idarə olunan toplum olub, onların öz fikirləri yoxdur. İndi də əllərinə heç nə keçmir, durub yenidən “Erebuni” nağılı ilə camaatın başını qatmaq istəyirlər. 1968-ci ildə “Erebuni”nin saxta 2750 illiyini, bir neçə il əvvəl 2800 illiyini keçirdilər, indi də 2806 illiyini keçirirlər. Bunlar hamısı saxtakarlıqdır. Bunun nə mənası var? “Erebuni” ilə İrəvanın heç bir əlaqəsi yoxdur. İrəvan ermənilərə verilənə qədər onun əhalisinin 80 faizi Azərbaycan türklərindən ibarət olub. O şəhər də Azərbaycan şəhəridir, onun tarixi də, torpağı da, abidələri də Azərbaycan xalqına aiddir. İstəyirlər ki, saxtakarlıqlarının üstünü örtsünlər, amma mümkün deyil. Nə yazırlarsa yazsınlar, xeyri yoxdur. Bir düz yüz əyrini kəsir. Azərbaycan xalqı İrəvanın tarixini çox yaxşı bilir”-deyə Q.Hacıyev qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930