KÖHNƏ VERSİYA            

Zaqatalanın məxməri çayının əvvəlki şöhrəti özünə qaytarılmalıdır

Image

Bundan ötrü təcrübə və bazar var, təşəbbüs göstərilməli, investisiya cəlb edilməlidir  

Zaqatala çayını həmişə ya fabrikin özündən, ya da dükanlarından alıram. Yerli məhsulumuza elə öyrəşmişik ki, kənardan gələn çaylardan həmin dadı, ləzzəti ala bilmirik. Amma gərək dəmləmə müddətini uzadasan, rəng deyil axı, əsl çaydır, orijinaldır. Hə, mən də evə 2 kilo almışdım, bacım zəng elədi ki, onunçün də götürüm. Xeyli çətinliklə tapdım – 1 kq “Buket”, 1 kq da “Ekstra...”

Zaqatalanın şəhərdaxili avtobusunda iki nəfərin söhbətinə təsadüfən qulaq yoldaşı oldum. Xəyal məni 35 il öncəyə - rayonda çıxan “Qırmızı Bayraq” qəzetində çalışdığım vaxtlara apardı. O zaman burada ucsuz-bucaqsız çay plantasiyaları vardı. Çay Emalı Fabrikinə də Abdulməcid Şabanov adlı zəhmətkeş, işgüzar şəxs rəhbərlik edirdi. Ötən əsrin yetmişinci-səksəninci illərində respublikamızda 38 min hektarda çay yetişdirilib. 35 min tona yaxın quru çay istehsal olunub. Keçmiş SSRİ-nin çaya ehtiyacının 12-15 faizini Azərbaycan ödəyib. Çayçılığın vətəni Lənkəran, Astara, Masallı, Zaqatala, Balakən sayılırdı. Sonralar kollektiv təsərrüfatların ləğvi və digər səbəblərdən bu sahə baxımsız qaldı, çay plantasiyaları otlaqlara çevrildi, pay torpaqlar kimi əhali arasında bölüşdürldü. Nəzərə alsaq ki, bu bitki əkiləndən 13-15 il sonra normal şəkildə keyfiyyətli məhsul verir, barlı-bəhərli tarlalara ögey münasibətin necə bir məsuliyyətsizliyə, hətta cinayətə yol açdığı anlaşılar. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda da sabitlik yarandı, geriləməyə son qoyuldu, tərəqqi əldə edildi. Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, eləcə də "Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı" aqrar sektorun, o cümlədən çayçılığın inkişafına təkan verdi. Azərbaycan çayının əzəmətini qaytarmaqdan ötrü subtropik zonada və şimal-qərb bölgəsində müəyyən tədbirlər həyata keçirilməyə başlandı.

Zaqatalada da sözügedən yöndə müəyyən işlər həyata keçirilib, amma daha miqyaslı kompleks tədbirlərə ehtiyac var. Abdulməcid müəllimin uzun illər can yandırdığı çayçılığı qoruması sayəsində fabrik və plantasiyaların bir hissəsi dağılmaqdan xilas edilib. Hazırda xeyli yaşlaşmış mütəxəssis dəfələrlə həyəcan təbili səsləndirib, müraciətlər ünvanlayıb, müvafiq qurumlar həmin təklifləri dinləyib, yuxarı instansiyalara göndəriblər: “Vaxtilə Zaqatala ərazisində 90 hektar məhsuldar çay plantasiyaları mövcud olub, bu plantasiyalardan hər il orta hesabla 250 tona yaxın yaşıl çay yarpağı yığılıb. Zaqatala Çay Emalı Fabrikində istehsal olunan quru çayın həcmi ümumilikdə 65-70 tona çatırdı. Ancaq zaman keçdikcə plantasiyaların həcmi azalaraq 30 hektara düşdü. İndi rayonun yalnız “Qazangül” adlanan ərazisində 13 hektarlıq sahə qalıb. Çay plantasiyalarının bərpası və genişləndirilməsi üçün irihəcmli investisiyaların qoyulmasına ehtiyac var”.

 O, təqaüdə çıxdıqdan sonra isə oğlu Pərviz necə deyərlər, çay maşınının sükanı arxasına keçib. Ata təcrübəsindən bəhrələnməklə övlad təşəbbüskarlığı zəminində indi burada çay yarpağı tədarükü və istehsalı ilbəil artır. Fabrikdə də bizi “Zaqatala Çay” MMC-nin rəhbəri Pərviz Şabanov qarşıladı. Söhbət əsnasında məlum oldu ki, rayonda ilk çay bitkisi 1946-cı ildə əkilib. Bundan 11 il sonra, yəni 1957-ci ildə çay fabriki tikilib. Elə binanın fasadı üzərində də həmin rəqəmi görmək mümkündür.

“Zaqatalada çayçılığın inkişafı, müştərilərimizin yüksəkkeyfiyyətli məhsulla təminatı üçün əlimizdən gələni əsirgəmirik. MMC-miz rayonda çayın becərilməsi və emalı ilə məşğul olan yeganə müəssisədir. 13 hektarlıq çay plantasiyamız var. Cari ildə 4.5 ton çay yarpaqı emal etmişik, bu, ötən ildəkindən yarım ton çoxdur. Hər hektarın məhsuldarlığı isə 2 tondan çoxdur. Bu sahəni genişləndirməkdə məqsədimiz təkcə maddi qazanc götürmək deyil, eyni zamanda daha çox insanı işə təmin etmək və Zaqatala çayıının əvvəlki şöhrətinin bərpası kimi mənəvi məsələlərdir” - deyə, P.Şahbazov qəzetimizə müsahibəsində bildirir. 

67 yaşlı sənaye müəssisəsinin sexlərinə daxil oluruq. Sanki istehsal məkanı yox, bir sənət, sənətkarlıq məbədididr. Hər yandan halal zəhmət, eləcə də dadlı çay qoxusu gəlir. Zaman-zaman burada çalışanların ən müxtəlif nəsilləri əsl əmək xarüqələri göstəriblər. Ötən müddət ərzində Zaqatala çay fabriki rayonun digər obyektləri – fındıq zavodu, istehsalat kombinatı, ətriyyat-kosmetika fabriki, “Nord” elmi-istehsalat birliyi, kərpic zavodu, baramaqurutma məntəqəsi, tütün fermentləşdirmə zavodu, tikiş fabriki ilə birgə addımlayıb, əmək cəbhəsinin bir hissəsini təşkil edib. Yaş  çay kütləsini qəbulu məntəqəsindəki əşyalardan tutmuş, soluxdurma kameraları, qurutma sobaları, çeşidləmə lenti və toruna qədər, burada hər şey öz funksiyasını lazımınca və qədərincə yerinə yetirib, “yorulmaq”, dayanmaq bilməyib. İndi də müxtəlifdərəcəli təmir - qaynaqetmə, detaldəyişmə, yamama, yapışdırma ilə ömürlərini uzadaraq fəaliyyətlərini davam etdirirlər.         

“Zaqatala Çay” MMC-nin sədri söyləyir ki, fabrikin avadanlıqlarının yenilənməsinə ehtiyac var, amma çalışırlar ki, hələlik bu, istehsal prosesinə və keyfiyyətə təsirsiz ötüşsün: “Müəssisəmizdə beş növ üzrə - “”Buket”, “Ekstra”, “Əla növ”, “Yarpaq əla” və “Yarpaq” çayları istehsal edilərək müştərilərə təqdim olunur. Məhsulumuzun 90 faizi artıq satılıb, amma tələbat tam ödənməyib, çoxsaylı müraciətlər var. Bütün respublika üzrə əhalinin çayla təminatı 85-90 faiz xarici idxaldan asılıdır. Gələcəkdə çalışmalıyıq ki, çay plantasiyalarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi ilə daxili istehsalı artıraq, xalqımızın çaya olan ehtiyacını daha artıq ödəyək”.

Çayçılardan Ziyafət Nağdəliyeva, Tünzalə Əhmədova, Akif Mirzəliyev, Gültəkin Fətəliyeva, Nəzakət Məmmədova, Kamran Şabanov, Mətanət Hüseynova və başqalarının gərgin zəhməti daim öz bəhrəsini verməkdədir.

Zaqatalada yaşayan ağsaqqal, təcrübəli çayçıların açıqlamalarına görə, rayonda çayçılığın bu vəziyyətə düşməsinin bir səbəbi də plantasiyaların “qocalması” ilə əlaqədardır: "75-78 il əvvəl əkilmiş çay kollarından yüksək məhsuldarlıq gözləməyin mənası yoxdur. Əvvəlki vaxtların anomal istiləri bu bitkiyə də təsirsiz ötüşmədi. Çay kollarının xeyli hissəsi quruyub sıradan çıxdı. Qonşu Balakən və Qax rayonları ərazisində də çay plantasiyaları salınmışdı. Qaxda sahələr məhsuldar olmasa da, Balakəndə hər il 40 ton çay toplanırdı. 4 kq yaşıl kütlədən 1 kq quru çay alınmasını nəzərə alsaq, bu, təxminən 10 ton çay demək idi. Son illərdə yağıntıların miqdarının normallığı məhsuldarlığa ümidləri artırır. Maliyyə təminatına ehtiyac var, uzunmüddətli güzəştli kredit ayrılarsa, yenidən Zaqatala çayının şöhrətini qaytarmaq mümkündür. Bir hektar çay plantasiyasının salınması və becərilməsinə 30 min manat tələb olunur. Çayçılığın inkişafı eyni zamanda iş yeri deməkdir. Ailə üzvləri ilə birlikdə dərim dövrü bir günə 80-100 kq çay təhvil verənlər var. Bu, ailənin gündə 100-150 manat, hətta daha çox maddi qazancıdır". 

Məlumat üçün qeyd edək ki, Zaqatala çay fabrikinin istehsalı olan “”Buket”in bir kiloqramı 35, “Ekstra” 34, “Əla növ” 25, “Yarpaq əla” 20, “Yarpaq” çayı 15 manata təklif edilir.

Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031