Gürcü spiker ABŞ səfirliyini ciddi tənqid etdi - dezinformasiya yayırlar...
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın Tbilisidəki səfirliyini ciddi tənqid edib. Onun sözlərinə görə, ABŞ səfirliyi Gürcüstanda dezinformasiya məkanına çevrilib.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ səfirliyinin yaydığı bütün xəbərlər dezinformasiya və ya manipulyasiya xarakteri daşıyır. Bu isə əlbəttə ki, bizim ümumi demokratik dəyərlərimizə ziddir.
Papuaşvili, həmçinin deyib: “Gürcüstanın adı ingilis dilində Georgiadır. Lakin bu, Gürcüstanın ABŞ-ın ştatı anlamına gəlmir”.
Qeyd edək ki, Gürcüstanda seçkiqabağı kampaniyanın ən qızğın vaxtında ABŞ səfirliyinin sosial media səhifəsində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası və onun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə tənqidi yanaşan banerlər görünüb.