Uqanda ABŞ səfirinə 3 gün vaxt verdi - Ya üzr istə, ya da ölkəni tərk et...
Uqanda Silahlı Qüvvələrinin komandanı Muxuzi Kayneruqaba ABŞ səfiri Uilyam Poppa Uqanda prezidenti Yoveri Musevenidən üzr istəməsi və ya ölkəni tərk etməsi üçün 3 gün vaxt verib.
Səfirin diplomatik statusu ilə uyğun gəlməyən fəaliyyətlərlə məşğul olduğunu bildirən Kayneruqaba dyib ki, Uqandanın ABŞ-la problemi yoxdur, lakin rəsmilər son vaxtlar ABŞ-ın ölkə hökumətinə qarşı işlədiyinə dair “çoxlu faktlar” görüblər.
"Prezidentimizə hörmətsizlik etdiyi və Uqanda konstitusiyasını pozduğu üçün ölkəmizdəki hazırkı ABŞ səfiri ilə ciddi münaqişəyə girəcəyimizi bildirmək mənim müqəddəs borcumdur", - deyə uqandalılara səslənən ordu komandanı bildirib.
TAHİR