Cümə axşamı günü, 10 iyul 2025
     

ABŞ-ın erməni xəstəliyi nədən aqressivləşib? - Mehman İSMAYILOV

Image

60 ABŞ konqresmeninin və senatorunun Azərbaycana qarşı sanksiya tətbiq etmək tələbi gerçəkdən ağılalmaz bir işdir.  

Axı Azərbaycan nə edib ki, ona qarşı sanksiya tətbiq olunsun? Azərbaycan hansı beynəlxalq qanunu pozub, hansı beynəlxalq öhdəliyinə xilaf çıxıb, kimin ərazisini işğal edib, hansı ölkənin şəhər və kəndlərini viran qoyub, kimin ərazisini yağmalayıbdır ki, ona qarşı bu cür beynəlxalq basqı sərgilənsin?

Bəlkə biz də ABŞ kimi demokratiya pərdəsi adı altında bütün dünya dövlətlərinin daxili işlərinə soxuluruq? Ya Qərb dövlətləri kimi biz də bəşər haqlarından moizə oxuyub, milyonlarla bəşər övladını məhv edirik? 

Bəlkə Azərbaycan da Fransa kimi özündən min kilometrlərlə uzaqda olan əraziləri işğal edib, o ərazilərdə yaşayan avtoxton xalqların milyonlarla övladını qətlə yetirib, sonra da onların ana dilinə, ibtidai insan haqlarına  qadağa qoyub, varidatlarını daşıyıb aparıbdır? 

Bəlkə milyonlarla əlcəzairlini Fransa deyil, biz öldürmüşük, bəlkə Əlcəzairin ərazisinə beş milyon minanı Makronun sülaləsi deyil, biz basdırmışıq? Bəlkə Afrikanın 14 ölkəsinin varidatını Fransa deyil, Azərbaycan daşıyıb-dağdıbdır? 

Bəlkə bütöv bir qitənin əhalisini   yüz illər boyu Avropada qul edən, qeyri-insani şəraitdə istismar edən, insanları dərisinin rənginə görə qətlə yetirən, indi də onların övladlarını insan saymayan, bəşər haqlarından düzməcələr danışıb, onları kütləvi şəkildə qıran bizik, qərblilər deyil?

Bəlkə ərəblərin evlərinə soxulan, 19 ərəb dövlətinin ərazisində "ərəb baharı" adı altında silahlı üsyanlar çıxarıb, vəhşiliklərə yol açan, xalqları bir-birinə qırdırıb, hər iki tərəfə silah satan ABŞ deyil, Azərbaycandır?

Bəlkə İraqda milyonlarla körpənin qanını tökən, inkişaf edən bir müsəlman ölkəsini viranəyə çevirən ABŞ deyil, bizik? Bəlkə Əfqanıstanı işğal edib, on minlərlə dinc insanı səbəbsiz yerə qətlə yetirən, ildə 250 milyard dollarlıq silah satan və bütün dünyaya ölüm ixrac edən ABŞ deyil, Azərbaycandır?  

Azərbaycan dinc, qurucu, mədəni, tolerant və bütün dünyaya örnək ola biləcək bir dövlətdir.

Azərbaycanın gördüyü işin adı nədir ki, bizi ABŞ sanksiyalarla hədələyir, Fransa kimi işğalçı bir ölkə dünyanı bizim üstümüzə qaldırır, ermənini silahlandırıb, qızışdırır, bizi hər şeydə günahlandırıb, üstümüzə gəlirlər?

Azərbaycanın "günahı"  bütün dünya tərəfindən tanınmış ərazilərini ABŞ-ın, Fransanın, Rusiyanın və digər işğalçı qurumların imperiya köpəyi olan erməni işğalçılarından və separatçı erməni parazitlərindən təmizləməsidir. 

Bizim "günahımız" Azərbaycanın əzəli torpaqlarını 30 il müddətində erməni işğalında qanuniləşdirmək istəyən və buna hər cür çaba göstərən dövlətlərin ikiüzlü siyasətini param-parça etməmizdir. 

Bizim "suçumuz" dünyanın bütün perimetr boyu dəstəklədiyi dağıdıcı erməni virusuna qələbə çalıb, iki əsrlik rus-erməni, fars-erməni, amerikan-erməni, fransız-erməni buxovunu darmadağın edib, dövlətimizin tam müstəqilliyini və torpaq bütünlüyünü bərpa etməkdir. 

Amerikanın, Fransanın, Rusiyanın, İranın göz bəbəyi kimi qoruduğu erməni faşistlərinin məğlubiyyəti, adı çəkilən dövlətlərin məğlubiyyətidir ki, bu qələbə bizə suç sayılır.   

ABŞ və Fransa yönəticilərinin primitiv və eqoist düşüncələrinə görə türkün və müsəlmanın azadlıq və müstəqillik haqqı yoxdur, bu haqq yalnız Qərbin mavilərinə, biseksullarına, cinsi azlıqlarına, siyasətdə və məişətdə hər cür ismətsizliyi və əxlaqsızlığı həyat fəlsəfəsi hesab edənlərə və onun davamçılarına aiddir.   

BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edib, öz ərazilərini qoruyan və erməni işğalından azad edən Azərbaycan, təkcə ermənilər üzərində deyil, erməni adında dağıdıcı paraziti türk-müsəlman dünyasına qarşı istifadə edən dünya güclərinin üzərində çaldığı qələbədir. Bu səbəblə bizi sanksiyalarla hədələyirlər.

Öz doğma torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycana basqı qurulur, təzyiq edilir, sanksiyalarla hədələnir, Azərbaycanın 1000 kəndin-şəhərin viran qoyan erməniyə isə dəstək verilir, pul və silah verilir, işğalçıının məğlubiyyətinə  Amerika və Fransada yas tutulur.  Çünki erməninin məğlubiyyəti türkün və müsəlmanın dövlətini, iradəsini, müstəqilliyini zəbt etmək istəyən ABŞ-ın, Fransanın, Rusyanın və İranın məğlubiyyətidir.

Azərbaycan COP29-a ev sahibliyi etməyə  hazırlaşır, bütün dünyanı təhdid edən iqlim dəyişikliyinə çarə axtarır, dünyanın diqqətini iqlim dəyşikliyinin törədəcəyi fəlakətə cəmləyir, mütəxəssisləri dəvət edir, milyardlarla pul xərcləyir, dünyanı gələcək kataklizmlərdən qorumağın yolunu axtarmağa təşviq edir, ancaq... 

Ancaq ABŞ bizə görün nə deyir, əgər Azərbaycan həbs etdiyi erməni faşistlərini azad etməsə, Azərbaycan xalqına qarşı soyqırım törətmiş erməni vəhşilərini sərbəst buraxmasa, Qarabağda insanlıq əleyhində vəhşiliklər törətmiş erməni cinayətkarlarını aç-burax etməsə, COP29 legitim sayılmaz, baykot edilər və Azərbaycanın hesabları dondurulub, "Artsax"  fonduna verilər. 

Bu sağlam məntiqə, abıra, ismətə, insanlığa sığırmı? 

Azərbaycanın 17 000 kv.km torpağını işğal edən, 260 000 min hektar meşənin 110 000 hektarını qırıb yandıran,  965 yaşayış məntəqəsini kərpic-kərpic söküb daşıyan, 1000-dən yuxarı tarixi, mədəni, dini abidənəni yerlə yeksan edib təhqir edən, torpağın mineral qatına od vurub canlıları öldürən, yandırdığı torpaqda 1 500 000 mina basdıran, insanları yalnız türk-müsəlman doğulduğu üçün qətlə yetirən erməninin və onun ABŞ, Fransa kimi sahiblərinin adı nədir? 

Əgər dünyanın iqlim dəyişikliyi ilə mübarizəsinin taleyi Ruben Vartanyan adında iri buynuzlu oğrunun və cinayətkarın, Arayik Arutyunyan adında şərəfsizin və məlunun, Bako Saakyan adında insanlığa təhqir üçün yaradılmış yırtıcının və s. sərbəst buraxılmasından asılıdırsa, gəlin onları azad edək. Qoy Yer kürəsinin iqlimi düzəlsin, buzlar əriməsin, qlobal istiləşmə olmasın, CO2- nin miqdarı azalsın, sənaye tullantıları yoxa çıxsın. 

Axı bütün iqlim dəyişiklikləri Azərbaycanın həbs etdiyi erməni sortundan olan cinayətkarların azad edilməsi ilə sona çatacaqdır. 

Ən azı ABŞ-ın axmaq siyasətçiləri buna əmindirlər...   

Mehman İSMAYILOV



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:34
Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb - YENİLƏNƏCƏK

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 min dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910