Tramp İsrailə ağıl verdi - Bayden səhv edir, İranın nüvə obyektləri bombalanmalıdır...
ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İsrailin İranın nüvə obyektlərini bombalaması lazım olduğunu müdafiə edib.
ABŞ prezidenti Baydenin İrana hücumla bağlı mövqeyini tənqid edən Tramp onun səhv etdiyini düşünür: "Məncə, o (Bayden) səhv edir. Əsl vurmanız gərəkən nüvə obyektləri deyilmi?".
Qeyd edək ki, İsrailin İrandakı nüvə obyektlərini hədəf almasına dəstək olub-olmaması ilə bağlı suala Bayden belə cavab vermişdi: “Mənim cavabım, yox”. İsrailin, Tehranın təxminən 180 raketlə həyata keçirdiyi hücuma cavab vermək hüququ olduğunu bildirən Bayden İranın neft obyektlərinin də vurulmasına qarşı çıxır.
“İsrail rəhbərliyinin yerində olsaydım, neft obyektlərinə zərbə vurmaq əvəzinə başqa alternativləri nəzərdən keçirərdim” deyən Bayden bu cür hücumun neft qiymətlərinə təsirindən və bu qiymətlərin seçkidən əvvəl mümkün artımının partiyanın prezidentliyə namizədi Kamala Harrisin kampaniyasına zərər verə biləcəyindən narahatdır.
Tramp isə deyib ki, o sualı verəndə Baydenin cavabı “Əvvəlcə nüvə obyektlərini vurun, qalanını sonra düşünərsiz” olmalı idi.
Bu arada, CNN-ə danışan ABŞ Dövlət Departamentinin rəsmisi, nüvə obyektlərinin hədəf alınmayacağına dair İsraildən “zəmin ala bilmədiklərini” deyib. Rəsmi həmçinin qeyd edib ki, 7 oktyabrın ildönümündə İsrailin İrana hücum edib-etməyəcəyini isə proqnozlaşdırmaq çətindir.
TAHİR