KÖHNƏ VERSİYA            

"Qarabağ Universitetinin loqosunu seçənlərdən soruşmaq istəyirəm"- Cavid İsmayıl yazır...

Image

Əfəndilər!
Rusiya imperiyası vətənimizi param-parça edəndən sonra əlindəki bütün resurslardan istifadə edərək məqsədli şəkildə xüsusən də Türksüz Qafqaz siyasətini intensivləşdirdi. Ruslar dədə-baba torpaqlarımızda nələr etmədilər? Onlar çox əsrlik məqsədli plan üzrə mükəmməl bir strateji plan hazırlayaraq, mümkün bütün resurslardan istifadə edərək dədə yurdlarımızın adlarına, tariximizə, mədəniyyətimizə, türk xalqlarının dillərinə, milli əlbisələrimizə, musiqimizə, adət- ənənələrimizə və s. müdaxilə etdilər. Hər vəchlə bizi milli kökdən ayırmaq və bütün bu coğrafiyanı özgələşdirmək planını intensiv olaraq icra etdilər. Bu məkrli planın bir parçası olaraq dünyada yurdsuz, gəlmə, köksüz bəzi xalqların  bu torpaqların guya sahibləri olmalarını dünyaya çatdırmaq üçün tonlarla "elmi əsərlər" yazdırdılar. Bu məkrli planın ən təhlükəli xətlərindən biri də içimizdə bütün sahələrdə sapı özümüzdən olan baltalar, düşmən-xainlər yetişdirmək idi və onlar buna müvəffəq oldular.
Tarixdə Rusiya imperiyasının ardı olaraq SSRİ imperiyası qurulduqdan sonra yenə də həmin məkrli - xəbis imperiya ideologiyası daha sərt, daha kəskin biz türklərə qarşı icra edildi.
Məkrli düşmən, Qafqazda qardaşlararası məqsədli  düşmənçilik toxumu səpməyi də unutmadı. Onlar biz türklərin adını dəyişsələr də, mədəniyyətimizə, tariximizə, dilimizə müdaxilə etsələr də ana mayamızın sağlam genetik koduna tamamilə nüfuz edə bilmədilər.
Sovetlər dönəmi millətimizin düşünən beyinlərinin əsasını ya sürgünlərdə, ya da fiziki cəhətdən məhv etsələr də, həmin genetik kodumuz, bizə yenidən özümüzə qayıtmağa, özümüz olmağa, milli ruh üzərində yenidən köklənməyimizə kömək etdi.
Xalqımız heç vaxt öz mübariz əzmini unutmadı. Əksinə, bu hiss günü gündən inkişaf elədi, formalaşdı və özünə dönməyi bacardı.
Ən yeni tariximizə də nəzər salsaq, Türk düşməni Qorbaçovun hakimiyyətə gəldiyi andan məkrli qüvvələr bütün vasitələrdən istifadə edərək, növbəti dəfə üzərimizə yürüşə başladılar. Xalqımızı əli yalın tankların altında əzsələr də, birbaşa Rusiyanın və onların müti qulları olan yerli xain qüvvələrin əli ilə Vətənimizi qanlı-qadalı günlərə düçar etsələr də, torpaqlarımızı işğal etsələr də, körpə uşaqlarımızı, qadın və ahıllarımızı işgəncələrə məruz qoysalar da, dini məbədlərimiz-məsçidlərimizi, qəbir evlərimizi, tarixi abidələrimizi darmadağın etsələr də 30 ildən sonra xalqımız yenidən bu coğrafiyada ən möhtəşəm tarixə, babalarımızın ruhuna layiq olan şanlı tarixə  imza atdı.
Bəli, 44 günlük Vətən savaşında Vətənimizin şərəfini, xalqımızın ləyaqətini, ləkələnmiş tariximizin şanlı səhifəsini böyük şərəflə  Azərbaycan Əsgəri öz qanı bahasına üzərimizə gələn bütün məkrli qüvvələrin xəbis siyasətinə qarşı əsl sərkərdə duruşunu  sərgiləyən müzəffər Ali Baş Komandan İlham Heydər oğlunun cəsarəti, müdrikliyi və xalqımızın monolit birliyi hesabına tarixi ədalət bərpa edildi.
Bəli, artıq Azərbaycan zəif, çarəsiz Azərbaycan deyil.
İndi ölkəmiz qüdrətlidir və regionda söz sahibidir. Elə bu amilli görən məkrli qüvvələr daxilimizdəki bütün tör-töküntüləri işə salaraq Vətənə qarşı istər daxildə, istərsə də xaricdə ideoloji  təxribatlar aparırlar.
Bəli, "Biz bütün dədə-baba torpaqlarımıza qayıdacayıq" fikrini daima yüksək kürsülərdən səsləndirən cənab Prezident bütün dünyaya strateji xəttimizin hədəflərini işarə etməklə daxildə hər bir məmurun milli dəyərlərə, milli kimliyə bağlı olmasını, mədəniyyətimizə, dilimizə, tariximizə sahib çıxmağı və gənc nəslin Vətənpərvər ruhda böyüməsi, tərbiyələnməsi, təhsil almasını daima bildirməkdədir.
Təbii ki, Vətənə düşmən olan qüvvələr biz Türklərin nə istədiyini yaxşı anlayırlar. Əslində biz istədiyimizi də gizlətmirik. Biz Türklərin istəyi, dinindən, dilindən, irqindən aslı olmayaraq haqları tapdalanan bütün xalqların yanında, həmin məkrli qüvvələrin qarşısında durmaqla dünyada ədalət və rifahın tərəfində yer almaqdır.
Bu çox böyük və müqəddəs yoldur. Əsrlərdir bu yol uğrunda fikir babalarımız əziyyət çəkiblər, müxtəlif təzuiqlərə düçar qalıblar və qətlə yetriliblər.
İndi tarixi şərait bizim üstünlüyümüzdədir, bizlərin səhv etməyə haqqı yoxdur!
Elə bu günlərdə böyük sevinclə növbəti tarixi günü yaşadıq. Qarabağımızda, doğma Xankəndində yenicə təsis edilmiş Qarabağ universiteti də tədrisə başladı.
Bəli, bu çox tarixi bir gün idi. Lakin bunun ardı ilə universitetin tenderdə qalib gələrək tətbiq edilən loqosu ciddi narazılıqlarla ictimaiyyət arasında müzakirələrə səbəb oldu.
LOQO
Mütəxəssislər loqonun sadə və aydın olmasına, göz yorucu olmamasına üstünlük versələr də mənim baxış bucağımdan Qarabağ Universitetinin loqosu təkcə bu parametrlərlə deyil, eyni zamanda illərdir qanayan yaramızı və yuxarıda qeyd edilən faciələrimizi və bu torpaqların türk torpaqları olmasını bütün dünyaya bəyan etmək kimi xususları qorumalı idi.
Loqo eyni zamanda yaddaşlarda qalandır və təbliğatın bir növüdür. O da qala Qarabağ Universiteti  kimi təsis edilən bir tədris ocağının. Çünki, bütün düşmən və düşmənlərin ağaları da bu prosesləri yaxından izləyirlər.
Media üzərindən kiçik bir araşdırma apardıqda gördüm ki, Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə cari ilin iyulun 4-dən 17-dək elan edilmiş müsabiqə çərçivəsində ümumilikdə 450-dən artıq loqo təqdim edilib. Onlardan 5 loqo son mərhələyə qalıb ki, bunlardan da bu günki loqo qalib elan edilib.
Məni maraqlandıran ən əsas məqam sona qalan 5 loqodan yalnız qalib olan loqonun dövlət dilimizdə deyil, əcnəbicə olmasıdır.
Əfəndilər!
Fikir verin. Əsrlərdir dilimizin qorunması uğrunda mücadilələr aparılıb. Elə Qarabağ uğrunda dünən tökülən qanın da məqsədlərindən biri də dilimizin varlığımız kimi qorunması uğrundadır. Çünki, vətən deyəndə sadəcə coğrafi məkanda yerləşən torpaqdan söhbət getmir.
Hələ sovetlər dönəmində də, ümummilli lider Heydər Əliyevin dilimizin varlığı üçün apardığı mücadiləni mən yaxşı bilirəm. Nəbzi Vətənin nəbzilə döyünən hər kəsin bunu bilməsinə şübhə etmirəm.
Azərbaycan KP MK-ya yenicə birinci katib seçilmiş Heydər Əliyev 1969-cu ildə, ADU-nun 50 illik yubileyində ilk dəfə Azərbaycan dilində çıxış etdi. İndi çoxları düşünə bilər ki, burada  nə var ki? Həmin dövr üçün bu çox qətiyyətli addım idi. Ulu öndər bu addımı ilə bütün təbəqələrə lazımi istiqaməti göstərməklə, məhz  bu ismarıcı vermək üçün bir ali təhsil ocağını seçməsi də təsadüfi deyildi. O, cəmiyyətimizin gələcək inkişafında rol oynayacaq gənclərin qarşısında əsas hədəfi göstərməklə bu istiqamətdə yaşıl işığın siqnalını vermişdir. Bu çıxış eyni zamanda o vaxtkı Azərbaycanda Azərbaycan dilinin inkişaf tarixində yeni mərhələyə keçidin başlanğıcı idi.
"İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur" - bu fikirlər də Ülu Öndərə aiddir.
"Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir" deyərək, "Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir" fikirləri də  Prezident İlham Heydəroğluna aiddir.
Bəli, bu baxımdan məkrli düşmən xalqımızı əzmək, böyük gələcəyini məhv etmək, milli kimliyimizə zərbə vurmaq üçün bizlərin babalarımızdan miras qalmış bu milli sərvətimizə bütün mümkün vasitələrdən istifadə etməklə məqsədli olaraq zərbələr endirir. Eyni zamanda cəmiyyətimizin bir sıra təbəqəsi zamanında ana dilini deyil, rus dilini daha üstün tuturdursa, indi həmin təbəqə özü üçün ingilis dilini prioritet seçmişdir. Bu da cəmiyyətimizdə şox böyük bəladır.
İndi Qarabağ Universitetinin loqosunu seçənlərdən soruşmaq istəyirəm, dostların da, düşmənlərin də gözü Qarabağ universitetinin açılışında idi. Təbii ki, dostlar sevinir, düşmənlər isə .... Və bu dünyaya bir təqdimatdır. Nəyə görə bütün dünyaya təqdimatımızda milli dəyərlərimizi, milli kimliyimizi, bu torpaqların əzəldən türkün olduğunu göstərməməli idik? Zamanında rusun, indi də conun dilində yazmağı qoyaq bir qırağa, eyni zamanda Azərbaycan Dilinin dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun  tələbləri də var axı.
Nəyə görə elə bu loqonun üzərində qədim mədəniyyətə malik olan biz türklərin Göytürk əlifbası ilə Qarabağ Azərbaycandır! yazılmamalı idi? Axı bu dünyaya bir loqo ilə bir çox şeyi təqdim edə bilərdik! Eyni zamanda elə bu yazını qələmə alanda sosial şəbəkədə  Qarabağ universitetinin tələbələrinin yataqxananın eyvanlarında müqəddəs 3 rəngli bayraqlarımızın  asıldığını görərək mahnı ifa etdiklərini gördüm və təbii ki, çox sevindim. Gənclər Qarabağımızdan, Xankəndidən, Qarabağ UNİVERSİTETİNDƏN, fləşmob çəkib paylaşırdılar. Necədə sevinməyəsən?!  Lakin burda da da sevincim yarımçıq qaldı. Tələbələr "Məsti Xumar" adlı bir mahnı oxuyurdular. Mahnıdan bir neçə cümlə; "Olmuşuq məsti xumar yenə gözlərimiz axır, yenə gözlərimiz axır". Və anında düşündüm ki, yox, biz QARABAĞ UNİVERSİTETİNİ belə görmək istəmirik!







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031