Putin nüvə silahından istifadə etməyə hazırlaşır - Monqolustanda şamanlardan razılıq alıb...
İddia edilib ki, Rusiya prezidenti Vladimir Putin Monqolustandakı şamanlardan nüvə silahından istifadə etmək üçün icazə istəyib. Xarici media yazır ki, Rusiya lideri keçən ay səfəri zamanı şamanlarla Ukraynada hərbi əməliyyatlar, müharibə taktikası və nüvə silahından istifadəni müzakirə edib.
İddia edilir ki, Putin onların razılığı olmadan hərəkətə keçməklə “ruhları qəzəbləndirmək” istəmir. Məlumata görə, son 10 ildə üçüncü dəfə Monqolustana səfər edən Putin ucqar Tuva bölgəsində olub və orada məktəblilərə vətənpərvərlik mövzusunda mühazirə oxuyub.
Kreml isə bu xəbərləri təkzib edir və onun şamanlarla görüşdüyünə dair iddiaların “reallıqla heç bir əlaqəsi olmadığını” bildirib.
Lakin mənbələr iddia edirlər ki, Putin çoxdandır “mistisizmə xüsusi münasibət bəsləyir” və ruhlarla danışmaq ideyasını qəbul edir.
Onun 2022-ci ildə Ukraynaya hücumdan əvvəl mistiklərlə məsləhətləşdiyi və qalib gələcəyinə dair təminat aldığı da iddia edilir. Səkkiz ay sonra müharibənin planlaşdırıldığı kimi getdiyinə əmin olmaq üçün onun daha iki görüş keçirdiyi deyilir.
ZÜMRÜD