KÖHNƏ VERSİYA            

Dünya Neolit Konqresi Azərbaycanın akademiklərini də gözləyir...

Image

Faiq Ələkbərli: “Konqresdə dünyanın diqqətinə çatdırılmalıdır ki, Ermənistanın işğalı dövründə Xocalı-Gədəbəy mədəniyyəti erməni vandalizminə məruz qalıb”

Türkiyənin Cənub-Şərqi Anadolu əyaləti, dünyanın ən qədim Neolit bölgələri arasında olan Göbeklitepe və Karahantepe kimi əhəmiyyətli yerlərə ev sahibliyi edən Şanlıurfa bu il noyabrın 4-dən 8-dək Dünya Neolit Konqresinə ev sahibliyi etməyə hazırlaşır. 

Qlobal miqyasda ilk dəfə keçirilən Konqres 64-dən çox ölkədən və 487 qurumdan minə yaxın akademikin iştirak edəcəyi tədbir bütün dünyada Neolit mədəniyyətlərini anlamaq üçün yeni perspektivləri inkişaf etdirmək məqsədi daşıyır. Əhəmiyyətli tədbir ekspertlərə və tarix həvəskarlarına dövrün artan qlobal sosial mürəkkəbliyini işıqlandıraraq, müxtəlif bölgələr və dövrlər üzrə Neolit formasiyalarını müzakirə etmək üçün unikal platforma təqdim edəcək.

Neolit mədəniyyətlərinin yüksəlişi cəmiyyətin təkamülünə və əhalisinə əhəmiyyətli dərəcədə təsir göstərən bəşər tarixində ən mühüm hadisələrdən biridir. Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmi Tanıtım və İnkişaf Agentliyinin (TGA) birgə təşkilatçılığı ilə təşkil edilən Dünya Neolit Konqresi bu mədəniyyətlər haqqında hərtərəfli məlumat təqdim edərək, Neolit dövrü ilə bağlı nəzəriyyələri sorğulayacaq. Oturaq həyat tərzinə, sosial iyerarxiyalara, şəxsiyyətlərə, inanclara və ətraf mühitin təsirinə, eləcə də bioarxeologiya, tanışlıq metodları, fiziki antropologiya və geoarxeologiya kimi tədqiqatlara xüsusi diqqət yetirilir. Tədbirin uzunmüddətli perspektivdə dünya miqyasında Neolit tədqiqatlarına rəhbərlik edəcəyi gözlənilir.

Neolit dövrünə aid abidələrimizin Türkiyədə keçiriləcək o konfransda təqdimatı çox maraqlı və vacibdir. Azərbaycanda da Neolit dövrü irsi, abidələri az deyil. Bu mədəniyyət ölkəmizin az qala hər yerində mövcuddur. Belə bir tədbirdən AMEA-nın Arxeologiya və Antropologiya  İnstitutunun xəbəri var, ya yoxdu? 

Azərbaycanın bu konqresdə iştirakı hansı səviyyədə olacaq? Azərbaycan dünya Neolit konqresinə nə ilə çıxacaq, nəyi çıxaracaq? Orada bizim hansı arxeoloji abidələrimiz müzakirəyə çıxarıla bilər? Azərbaycan alimləri orada ən çox hansı məsələni aktuallaşdıra bilər, yaxud aktuallaşdırmalıdır?

“...Bizim alimlər, arxeoloqlar orada çox ciddi məsələlər qaldıra bilərlər”

Mövzu ilə əlaqədar AMEA-nın Arxeogiya və Antropologiya İnstitutuna yazılı sorğu göndərsək də, təəssüf ki, suallarımıza cavab verilmədi. Hər halda, yazı çapa hazırlanana qədər aidiyyəti elmi-tədqiqat institutundan hər hansı bir məlumat əldə edə bilmədik. 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, belə bir konqresə Azərbaycan tarixçi və arxeoloqlarının dəvət edilməsi çox müsbət olardı. F.Ələkbərli hesab edir ki, bu tədbir bizim üçün böyük bir tribunadır və bir çox məsələləri orda gündəmə gətirə bilərik.   

F.Ələkbərli vurğuladı ki, Azərbaycanda neolit dövrü abidələrin sayı kifayət qədərdir. “Bildiyimiz kimi, illər əvvəl Tovuz rayonu  ərazisində Göytəpə abidəsi aşkarlandı və bu abidə neolit dövrü abidələrindən biridir.    Gən­cə-Qa­zax böl­gə­sin­də ən iri ar­xe­o­lo­ji abi­dələrdən biri olan Göy­tə­pə qə­dim ya­şa­yış ye­ri (ne­o­lit kən­di) Kür ça­yı­nın sağ sa­hi­li­nin or­ta axa­rın­da, To­vuz şə­hə­rin­dən 10 km şərq tə­rəf­də yer­lə­şir.

Təd­qi­qat­çı­la­rın yazıqlarına istinadən deyə bilərik ki,  ne­o­lit döv­rü­nə aid olan Göy­tə­pə qə­dim ya­şa­yış yeri di­gər ne­o­lit döv­rü­nə aid tə­pə­lə­rin (Ha­cı­əl­ləh­man­lı, Hü­seynqu­lu, Qar­ğa­lar­tə­pə, Töy­rə­tə­pə) əha­tə­sin­də olub, bugü­nü­mü­zə­dək ən yax­şı və­ziy­yət­də qal­mış abi­də­lər­dən bi­ri­dir. Bundan başqa, Ağstafa rayonu ərazisindəki Neolit dövrünə (e.ə. VI minillik) aid Çağrıtəpə yaşayış yeri də diqqəti çəkir. Səhv etmiriksə, 2020-ci ildən başlayaraq həmin abidədə  genişmiqyaslı arxeoloji qazıntı işləri aparılıb. Hələ 2013-cü ildə bu ekspedisiyanın abidədə apardığı ilk qazıntı işləri ilə yaşayış yerinin Neolit dövrünə, Şomutəpə arxeoloji mədəniyyətinə aid olduğu müəyyən edilib. I Kültəpə abidəsi Naxçıvan Muxtar Respublikasında aşkar olunan ən qədim yaşayış məskənlərindəndir. Biz bura daha neçə-neçə abidənin adını daxil edə bilərik ki, qədim çağlardan indiyə qədər öz mövcudluğunu qoruyub”.

F.Ələkbərli hesab edir ki, bu tədbirdə, şübhəsiz, arxeoliqlarımız çox fəal olmalıdı. “Bu barədə Neolit dövrünü araşdıran, o dövrün mədəniyyətini, tarixini bilən tarixçi və arxeoloqlar daha dəqiq məlumat verə bilərlər. Neolit mədəniyyəti Azərbaycanda mövcuddur. Türkiyədəki, Anadoludakı kimi

Azərbaycanda da geniş yayılıb. Azərbaycan deyəndə, təbii ki, yalnız indiki Azərbaycan Respublikasının ərazisini deyil, bütöv Azərbaycanı nəzərdə tuturam. Neolit mədəniyyəti ilə bağlı Türkiyənin Şanlıurfa şəhərində keçiriləcək bu konqresdə Azərbaycandan da tarixçi və arxeoloqların iştirak edəcəyinə ümid edirik. Həm Şimali, həm Cənubi, həm Qərbi Azərbaycanda Neolit dövrü abidələrimiz var, o dövrə aid şəhər, yaşayış düşərgələrinin qalıqları mövcuddur. Təkcə Göytəpə Neolit dövrü abidəsini göstərmək kifayət edər ki, bizim ölkəmizdəki Neolit mədəniyyəti barədə təsəvvür olsun. Göytəpə özündə tam şəkildə Neolit mədəniyyətini ehtiva edən bir abidədir. Güney Azərbaycanda da belə abidələr var. Urmiya ətrafında  olan bir çox abidələr bu dövrə aiddir. Şimali Azərbaycanda, Qərbi Azərbaycanda və Güney Azərbaycanda belə abidələr bizim tariximizin, xalqımızın məskunlaşma mədəniyyətinin qədim olduğunu göstərir”. 

F.Ələkbərli qeyd etdi ki, ən qədim dövrü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti də bura aiddir. O vurğuladı ki, Şərqi Anadoluda da Neolit dövrü mədəniyyət abidələri aşkar olunub. Bunlar ən qədim yaşayış məskənləridi. “Azərbaycanda da bu tarixi dövrə aid çox dəyərli abidələr mövcud olduğu üçün bizim alimlər, arxeoloqlar orada çox ciddi məsələlər qaldıra bilərlər. Azərbaycan burda çox yüksək səviyyədə iştirak etməlidir. Çünki bizim aktiv iştirakımız çox vacibdir. Xüsusən də torpaqlarımız işğaldan azad edildikdən sonra bizim alimlər üçün belə tribunalar çox vacibdir. 

Bu konfrans bizə imkan verir ki, Neolit dövrü mədəniyyətinin qarşılıqlı şəkildə öyrənilməsi barədə razılığa gəlinsin.  Çünki Şərqi Anadolu və Azərbaycan mədəniyyəti əksər hallarda səsləşir. Xocalı-Gədəbəy mədəniyyəti, Göytəpə mədəniyyəti Neolotin örnəkləridir. Göytəpə Neolit kəndi, Xocalı-Gədəbəy mədəniyyətindən danarkən vurğulamalıyqı ki, buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Yəni Xocalı-Gədəbəy mədəniyyəti çox qədim və dərindir. 

Konqresdə dünyanın diqqətinə çatdırılmalıdır ki, Ermənistanın işğalı dövründə Xocalı-Gədəbəy mədəniyyəti erməni vandalizminə məruz qalıb. Bilirsiz ki, ermənilər Qafqaz Albaniyasının bütün dəyərlərinə, o cümlədən də Xocalı-Gədəbəy mədəniyyətinə iddia edir. Bizim arxeoloqlar o konqresdə  Xocalı-Gədəbəy mədəniyyəti barədə geniş danışmalıdır. Bu tədbir bizə imkan verir ki, biz özümüzün Neolit dövrü abidələrimizi yüksək səviyyədə təqdim edək. Həm də Türkiyə və başqa türk respublikalarının alimlərini, arxeoloqlarını birgə tədqiqatlara cəlb edək”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031