KÖHNƏ VERSİYA            

1-ci Qarabağ müharibəsində itkin düşmüş Telman Yusifovun anası hələ ümidlidir... - FOTO

Image

Zərifə Yusifova: “Telmanın sağ olub-olmadığını bilmirəm, amma yolunu gözləyirəm, gözlərim yolda, qulaqlarım səsdədir”

Əzizim balabanı,
Asta çal balabanı
Hamının balası gəldi
Bəs mənim balam hanı? 

Ürəyi gizlildəyə-gizlildəyə, yarası sızıldaya-sızıldaya Zərifə xala gündə neçə yol oxuyur bu bayatını, kim bilir... Neçə dəfə ağlayır, neçə dəfə sızlayır görəsən? Sayı-hesabı varmı ki...

Ağlamaqdan gözlərinin qarası da gedib, işığı da azalıb. Düz 30 ildir Telmanını gözləyir, düz 30 ildir ki, hər qapı tıqqıltısına, hər ayaq səsinə qulaq kəsilir, itkin balasından müjdə gözləyir. 1994-cü ilin fevral ayının 18-də Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən igid, cəsur Yusifov Telman Avasat oğlunun anası Zərifə Lətif qızı Yusifova ilə oktyabrın 4-də Bakı Ekspo Mərkəzində, Lütfi-zadə təqdimat zonasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə hazırladığı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı dörd cildliyin (iki dildə) dördüncü cildinin təqdimatında görüşdük. 

“1994-cü ilin 18 fevralında yoldaşlarından ayrılıb, o gedən də gedib, sonra ondan heç bir soraq ala bilmədik”

Oğul yolu gözləməkdən quruyub ağaca dönən Zərifə ana deyir ki, oğlu Telman çox vətənpərvər olub. “Oğlum yaxşı döyüşürdü, həm də rabitəçi olub. Rus dillini bildiyi üçün onu oxutmuşdular. Türk batalyonunda xidmət edirdi, Xüsusi Təyinatlıda idi. Bunların maşını Murovdağda qalır. Komandir deyib ki, Telman, vur maşını partlat düşmən əlinə keçməsin. Ondan sonra döyüşüblər. İki komandiri ölümdən qurtarıb. Telman o qədər cəsur oğul olub ki, özünü döyüş yoldaşlarını xilas etmək üçün hər cür təhlükəyə atıb. Başqa bir çətinlikdə olan döyüş yoldaşını xilas etmək üçün gedirmiş, yoldaşları deyiblər ki, gəl gedək, amma “siz gedin, mən gedim onu da qurtarım gəlirəm” deyib. 1994-cü ilin 18 fevralında yoldaşlarından ayrılıb, o gedən də gedib. Sonra ondan heç bir soraq ala bilmədik. Hərə bir söz dedi, bilmədik ki, kimə inanaq. Hərbi məktəbi bitirmişdi, orda sürücülüyü də oxumuşdu. Müharibəyə getməyini istəmirdik, nə qədər dedik, nə qədər yalvardıq, “gedəcəyəm” dedi”. 

Zərifə ana deyir ki, üç övladı olub, Telman ikinci övladı olub. Telman müharibəyə gedəndə çox gənc olub və ana onu evləndirə də bilməyib. Ana deyir ki, torpaqlarımızın Ermənistanın təcavüzünə məruz qalması Telmanı çox narahat edirdi, fikri-zikri əlinə silah götürüb düşmənə qarşı vuruşmaq, torpaqlarımızı təvavüzkardan azad etmək idi. Ana bildirdi ki, Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistanın həyata keçirdiyi hərbi təcavüz Telmanı da digər silahdaşları kimi narahat edirdi və 1993-cü ilin oktiyabr ayında 172 saylı hərbi hissəyə gedərək ərazilərimizin müdafiəsinə qalxıb.

16 avqust 1974-cü ildə Bakı şəhərində anadan olan T.Yusifov Kəlbəcərdə, Murovdağda itkin düşüb. Ana deyir ki, böyük oğlu Rusiyada hərbi məktəbdə pilot sahəsində oxuyub. “Dedim ki, ay Telman, qardaşın da hərbidədir, barı sən getmə. Dedi yox, gedəcəyəm. Ona “povestka” bir az gec gəldi, inanın ki, çox narahat idi. Deyirdi ki, hamıya gəldi mənə niyə gəlmədi, mən kimdən əskiyəm, mənə niyə gətirmirlər? Nəhayət ki, “povestkası” gəldi, o qədər sevindi ki...Döyüşmək ən böyük arzusu idi...

Elə gün yoxdur ki, Telmanın yolunu gözləməyim, hər gün gözləyirəm. Hansı ana balasını gözləməz ki? Ana üçün bu dərdi çəkmək çox çətindir. Nə qədər gözəl gün olursa olsun sevinə bilmirəm, balam heç yadımdan çıxmır. Şəkillərini gözümün qabağına qoymuşam, yatanda da onunla yatıram, duranda da onunla dururam, danışıram. Gözləməkdən gözümün kökü saraldı ay oğul, quruyub ağaca döndüm bala, sən hardasan? Niyə səsimə səs vermirsən? Sən məni unudan oğul deyildin Telman, niyə sorağın yoxdur sənin?” 

Ana deyir ki, torpaqlarımız işğaldan azad edildikdən sonra toplu məzarlıqlar aşkarlanmağa başladı və itkin düşənlərin bəzilərinin qalıqları tapıldı, onların ailələri heç olmasa bir az təskinlik tapdılar. “Hər dəfə televizorda deyiləndə ki, azad rayonlarda toplu məzarlıqlar tapılıb, ürəyim quş kimi çırpınır. Allaha yalvarıram ki, heç olmasa nəşi tapılsın. Bircə nəşinin tapıldığını biləydim, sonra da öləydim. Heç olmasa nigaran ölməzdim, bilərdim ki, nəşi tapılıb...İtkin balanın dərdi daha ağırdı qızım, elə ağırdı ki, sanki duz yüküdür...Telman o qədər gözəl uşaq idi ki, dillə deyilməz. Mənə qardaş idi, mənə sirdaş idi, mənə köməkçi idi. Yuxarıdan baxırdı, görürdü ki, aşağıda əlində çanta bir yaşlı adam gedir, düşürdü aşağı aparıb onu evinə qoyub qayıdırdı. Heç tanımırdı kim idi. O qədər yardımsevər, köməkçil idi. 

Balam haqqında kitablarda yazırlar ki, Telman qalsaydı erməni rabitəsini dağıdacaqdı. Hərbidə də böyük hörmət qazanmışdı. Telmana şəhid statusu verildi. O vaxt mən xəstəxanada işləyirdim. Bir jurnalist orada yatırdı. Bir gün mənə dedi ki, sən Telmanın şəklini gətir mən onu axtararam. Şəkli qəzetdə çıxdı. Sonra Abdulla Qurbani mənə zəng vurdu, dedi ki, ola bilməz ki, bu adam yoxdur, o bir dəfə də olsun vurulmayıb. Çox yaxşı döyüşçü idi...

Telmanın sağ olub-olmadığını bilmirəm, amma yolunu gözləyirəm, gözlərim yolda, qulaqlarım səsdədir” - deyə Z.Yusifova bildirdi. 

İtkin düşən bütün oğulların anası kimi Zərifə ananın da gözləri yollardan yığılmır, oğlundan soraq gözləyir, deyir sorağı gəlsin, ondan sonra gözlərimi rahat yuma bilərəm.

Gözlər yollardan yığılmır, Tanrı, analar, bacılar, balalar, həyat yoldaşları hələ də yollara baxır...

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031