SEPAH generalı İsraili enerji obyektlərini vurmaqla hədələdi - İrana hücum olsa...
Oktyabrın 1-də İranın İsrailə kütləvi raket hücumundan sonra Yaxın Şərqdə gərginlik davam edir. Hücumdan sonra İsrail rəhbərliyi İrana cavab veriləcəyini bəyan edib. Yayılan məlumatlardan belə aydın olur ki, İsrail İranın neft obyektlərinə zərbə endirmək niyyətindədir. İsrailin mümkün cavab hücumu ilə bağlı açıqlama verən ABŞ prezidenti Bayden bildirib ki, bununla bağlı hələlik yekun qərar verilməyib və müzakirələr davam edir.
Bu arada, İran İnqilab Keşikçiləri Korpusu komandanının müavini, briqada generalı Əli Fedevi ölkəsinə qarşı hər hansı bir hücum olacağı təqdirdə, təbii qaz yataqları və neft emalı zavodları da daxil olmaqla, İsrailin bütün enerji resurslarını hədəf alacaqlarını bildirib.
Fedevi bunu Livanın "el-Meyadin" televiziyasına İsrailin ölkəsinə hücum ehtimalını dəyərləndirərkən deyib.
İsrailin İrana hücumunun Təl-Əviv rəhbərliyinin "məhvi" mənasına gələcəyini iddia edən Fedevi, İsrail səhv edərsə, ölkənin bütün enerji qaynaqlarını, elektrik stansiyalarını, bütün neftayırma zavodlarını və qaz yataqlarını hədəf alacaqlarını deyib.
TAHİR