"Veysəloğlu" 30 illiyinə həsr olunmuş silsilə tədbirləri davam etdirir – 40-dan artıq media nümayəndəsi ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) 30 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq media mənsubları ilə qeyri-rəsmi formatda görüş keçirilib. Şirkətin təşkil etdiyi görüşdə 40-dan artıq media nümayəndəsi iştirak edib. Görüşdə "Bakı-Xəbər"in əməkdaşı İradə Sarıyeva da iştirak edib.
Səhər yeməyi formatında bir araya gələn media mənsubları ilə şirkətin media və piar siyasətini həyata keçirən məsul şəxslər arasında faydalı fikir mübadiləsi aparılıb. Veysəloğlu Şirkətlər Qrupu gələcəkdə şirkətə aid olan istehsal müəssisələri və digər infrastrukturlara media və info turlar və yazı müsabiqələri təşkilinin nəzərdən keçirildiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
İradə SARIYEVA