Bayden İsrailin İranın neft obyektlərinə hücum təklifini qəbul etmədi - Mən sizin yerinizdə olsaydım...
İranın 200-dən çox ballistik və qanadlı raketlə İsrailə cavab hücumunun əks-sədası davam edir. ABŞ prezidenti Bayden İrana cavab verməyə qərar verən İsrailin İrandakı neft yataqlarını vura biləcəyi iddiaları ilə bağlı yeni açıqlama verib.
Bayden İrana necə cavab veriləcəyi ilə bağlı İsraillə daimi təmasda olduqlarını deyib. ABŞ prezidenti bildirib ki, İranın neft yataqlarına zərbə endirilməsinə alternativlər nəzərdən keçirilməlidir. “Mən İsrailin yerində olsaydım, İranın neft yataqlarını vurmazdım" - deyən Bayden qeyd edib ki, İsrail mümkün hücumla bağlı dərhal qərar verməyəcək.
Bayden bundan əvvəl İsrailin İranın neft obyektlərinə hücum ehtimalının müzakirə etdiklərini demişdi.
TAHİR