KÖHNƏ VERSİYA            

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib - FOTO

Image

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Baki-xeber.com xəbər verir ki, konfransın əsas mövzuları iqlim dəyişmələrinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə edilib.

Konfransın açılışında salamlama nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu alim, tədqiqatçı, siyasətçi və ekoloqlarının bir araya gəldiyi bu konfrans dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində səmərəli multidissiplinar platforma olacaq. Bir əsrdən çoxdur ki, Azərbaycanda elm və təhsilin flaqmanı olan BDU-da iqlim dəyişmələri və bu dəyişmələrdən doğan təhlükələrin gənc nəslə çatdırılması, bu problemin həlli yollarının işlənilib hazırlanması istiqamətində elmi əsaslara söykənən mühüm işlər görülüb. Belə tədqiqatlar bu gün də davam etdirilir: “Bu konfransda paylaşılacaq təcrübələr, biliklər, ideyalar və qurulacaq əməkdaşlıqların iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə böyük töhfə verəcəyinə inanırıq. Noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Bu tarixi hadisə ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı qlobal səylərin mərkəzində yer alacağına imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un təşkil olunması üçün xüsusi Sərəncamı müxtəlif sahələr üzrə əlaqəli fəaliyyətlərin təşkil olunmasını özündə ehtiva edir və Azərbaycanın milli, beynəlxalq səviyyədə iqlim dəyişmələri və ekoloji problemlərin qlobal səviyyədə həllində dünya ölkələri ilə həmrəy olduğunu göstərir. Biz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsini daima yaşatmalı, öyrənməliyik. Məhz Ulu Öndər Heydər Əliyev siyasəti ilə Azərbaycanın dinamik inkişafı və qlobal problemlərdə, o cümlədən də ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri məsələlərində fəal iştirakının təməli qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Abşeron yarımadasının bir vaxtlar səhralaşan əraziləri yaşıllaşdırılıb və yaşayış üçün gözəl məkana çevrilib”.

BDU rektoru bildirib ki, iqlim dəyişmələri artıq uzaq təhlükə kimi görünmür, ekosistemləri, iqtisadiyyatları və icmaları böhrana aparır: “Unutmamalıyıq ki, artan temperatur, ekstremal hava şəraitləri, dəniz səviyyəsinin qalxması və ya enməsi, dəyişən ekosistemlər bu və ya digər formada məhz bizim – insanların “əməllərinin” nəticələridir. Məhz buna görə konfransların və digər elmi tədbirlərin davamlı olaraq təşkil olunması çox vacibdir. Belə tədbirlər müxtəlif sahələri təmsil edən alimləri, ictimai-siyasi xadimləri bir araya gətirir, məsələlərin həlli yolları üzərində işləməyə imkan yaradır. COP29 ərəfəsində keçirilən Bakı İqlim Fəaliyyətləri Həftəsi, o cümlədən Bakı İqlimşünaslıq Konfransında aparılacaq müzakirələr COP29-dakı səylərə birbaşa təsir göstərəcək. İqlim dəyişmələri ilə mübarizədə qlobal siyasəti və fəaliyyətləri formalaşdırmağa kömək edəcək. Konfransın iqlim dəyişmələri üzrə birgə fəaliyyət planlarını müəyyən edəcəyinə, problemlərin həlli istiqamətində konkret nəticələr əldə etməyə imkan verəcək beynəlxalq şəbəkələr və əməkdaşlıqlar qurmaq üçün ən yaxşı platforma olacağına əminəm”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə qlobal töhfə verir. Ölkədə bərpa olunan enerji mənbələri, karbon emissiyasının azaldılması ilə bağlı həyata keçirilən işlər buna əyani misal ola bilər. Ziyafət Əsgərov qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir.

Elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, iqlim dəyişikliklərinin qarşısının alınması baxımından təhsil ən mühüm alətlərdən biridir. Çünki təhsil insanları öyrətməyə, ətraf mühitə münasibəti dəyişdirməyə yardım edir: “2024/2025-ci tədris ilində ekoloji ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul planı artırılıb. Bu tədris ilində ekoloji yönümlü ixtisaslara qəbul olunanların sayı bakalavriat səviyyəsində 31, magistratura səviyyəsində isə 61 faiz artıb. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərimizə yaşıl bacarıqlar aşılamalıyıq. Yaşıl bacarıqlar iqlim dəyişikləri ilə mübarizə üçün əlverişli bilik və səriştələr sistemidir. Bu sahədə ümumi və ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Elmi yanaşma olmadan iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də elmi müəssisələrin fəaliyyətində bu istiqamət xüsusi önəm daşımalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, COP29 üçün BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) katibinin müavini Ermira Fida, COP29-un Azərbaycan üzrə gənc iqlim çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliklərinə qarşı mübarizədə milli strategiyaların qəbulunun vacibliyini qeyd ediblər. Bildirilib ki, dayanıqlı gələcəyi təmin etmək üçün daha çevik iqlim siyasəti həyata keçirilməlidir.

Konfrans öz işini “İstixana qazlarının (İQ) emissiyaları haqqında düşüncəmizdə inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu”, “Elmi çağırışlarda qlobal və regional əməkdaşlığın rolu”, “İqlim dəyişikliyinin və paradiqma sürüşmələrinin transsərhəd su resurslarının idarə olunmasına təsiri” mövzularında elmi sessiyalar ilə davam etdirib.

Empirik məlumatların işlənilməsi və qabaqcıl analitik vasitələr iqlim dəyişikliklərinin daha dəqiq və tez proqnozlaşdırılması, həmçinin iqlim siyasətlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün açar rola malikdir. Konfransda iqlim dəyişmələrinin proqnozlaşdırılması və onunla mübarizədə süni intellekt texnologiyalarının istifadəsi geniş müzakirə olunub. Süni intellektin iqlim modelləşdirməsindəki tətbiqləri, böyük məlumat dəstələrinin analitik işlənməsi və real vaxt rejimində əldə edilən məlumatlar əsasında optimal qərarların qəbul edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzu həm də qlobal miqyasda iqlim tədbirlərinin sürətləndirilməsi baxımından vacibdir.

İqlim dəyişikliyi xüsusilə su resurslarının idarə olunmasında ciddi təsir göstərir. İqlim dəyişiklikləri su ehtiyatlarının miqdarını və keyfiyyətini dəyişərək, bölgələrarası və ölkələrarası su paylanmasında problemlər yarada bilər. Konfransda transsərhəd su ehtiyatlarının idarə olunması mövzusunda yeni yanaşmalar və əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bu məsələnin həlli üçün regional əməkdaşlıq vacibdir və xüsusi diqqət qlobal səviyyədə su resurslarının qorunması, onların ədalətli paylanmasına yönəlib. Qonşu ölkələr arasında su ehtiyatlarının paylaşdırılmasının daha ədalətli və ekoloji baxımdan dayanıqlı idarə edilməsi üzrə praktiki təkliflər irəli sürülüb.

İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlıq müzakirələrin mərkəzində olub. İqlim dəyişikliyi qlobal problem olduğu üçün ölkələrarası koordinasiyalı fəaliyyət tələb edir. Konfransda ortaq təşəbbüslərin necə daha effektiv sinerji yarada biləcəyi, bu istiqamətdə qlobal və regional əməkdaşlıq mexanizmlərinin yaradılması yolları müzakirə edilib. Xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində əldə olunan razılaşmaların icrası, ölkələrin milli iqlim planlarının (NDC) daha səmərəli reallaşdırılması yolları və qlobal səviyyədə ortaq iqlim məqsədlərinin irəlilədilməsi bu mövzunun əsas istiqamətlərindən olub.

Empirik məlumatların düzgün toplanması, analizi və istifadəsi iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır. Konfransda bu məlumatların effektiv şəkildə necə toplanması və paylaşılması məsələləri müzakirə olunub. Eyni zamanda, iqlim fəaliyyətində innovativ texnologiyalar və həll yolları, o cümlədən karbon tutma və saxlama texnologiyaları, bərpa olunan enerji mənbələrinin tətbiqi, enerji effektivliyi və tullantıların azaldılması üzrə yeniliklər də konfransın mühüm müzakirə mövzularından biri olub.

İqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də sosial-iqtisadi sistemlərə güclü təsir edir. Konfransda bu təsirlərin regional və qlobal səviyyədə iqtisadi böyüməyə, yoxsulluğa, miqrasiya axınlarına, qida təhlükəsizliyinə və iş yerlərinə təsiri ətrafında müzakirələr aparılıb. İqlim dəyişiklikləri ilə mübarizə sahəsində dövlətlərin qəbul etməli olduğu iqtisadi və hüquqi tədbirlər, siyasətlərin necə formalaşdırılması və həyata keçirilməsi ilə bağlı konkret addımlar da müzakirə olunub.

GÜNEL








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031