COP29 çərçivəsində 35 ölkədən gənclər Azərbaycana dəvət ediləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq "İqlim dəyişikliyi haqqında gənclər düşərgəsi"nə 35 ölkədən gənclər dəvət ediləcək.
Bu barədə COP29-un Azərbaycan üzrə gənclər çempionu Leyla Həsənova "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Tədqiqat və Əməkdaşlığın Sürətləndirilməsi konfransında deyib. O qeyd edib ki, layihənin məqsədi gənclərin tədbirdən sonra da öz ölkələrində bu istiqamətdə maarifləndirmə işlərini həyata keçirməsi məqsədi daşıyır: "İqlim fəaliyyəti ilə əlaqədar nəsillərarası dialoqun təkcə Azərbaycanda deyil, bütün dünyada həyata keçirilməsi önəmlidir".
Mətləb Salahov