Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...
Rusiya ordusu Kurskda əks hücum əməliyyatına başlayıb. Bu barədə açıqlama verən “Ahmat” xüsusi təyinatlı qüvvələrinin komandanı general-mayor Apti Alaudinov Rusiya ordusunun Kursk vilayətinin Korenevski rayonunda hücuma keçdiyini deyib.
Alaudinovun sözlərinə görə, rus ordusu sentyabrın 10-da bir neçə yaşayış məntəqəsini azad edib. Alaudinov ordunun ümumilikdə 10 kəndi azad etdiyini bildirsə də, bu kəndlərin adlarını açıqlamayıb.
TAHİR