Bakıda qadını aldadıb 8 min manatını apardılar...
Bakıda qadını aldadaraq 8 min manatını alıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD