"Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da eyni qaydada keçdi" - Lordlar Palatasının üzvü
Mən Şuşa və Füzulidə oldum, oradakı seçki prosesini müşahidə etdim. Trend xəbər verir ki, bunu Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesini müşahidə edən Böyük Britaniyanın Lordlar Palatasının üzvü Qurban Huseyin deyib.
"Azərbaycanda işləyən sistemlə mənim alışdığım, ömrü boyu təcrübə etdiyim sistemlə eynidir. İnsanların çox həvəsli olduğunu müşahidə etdim, çünki onlar 30 illik bir fasilədən sonra öz doğma yurd-yuvalarında seçim etdilər. Və elə bir an yox idi ki, ora seçicilər gəlməsin. Mənim öz təcrübəm belədir ki, bəzən olur seçkiyə bir neçə saat heç kim gəlmir, sonra anidən axın olur. Amma mənim orada olduğum müddət ərzində müşahidəm belə oldu ki, davamlı şəkildə məntəqələrə seçicilər gəlirdilər və çox həvəslə öz namizədlərinə səs verirdilər.
Onu qeyd edim ki, bu mənim xaricdə müşahidə etdiyim ilk seçki idi və nə ilə qarşılaşacağımı bilmirdim, amma heç bir sürpriz olmadı. Londonda, Böyük Britaniyada seçkilər necə keçirilirsə, burada da eyni qaydada keçdi", - deyə o bildirib.