Anti-Rusiya sanksiyaları Avroittifaqın özünü vurdu - 1,5 trilyon dollar itirdilər...
Rusiyaya qarşı sanksiyalar səbəbindən Avropa İttifaqının ümumi itkiləri 1,5 trilyon dollara çatıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“İqtisadi sahədə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Moskva ilə əməkdaşlığın dayandırılması barədə qərarlar səbəbindən Avropa İttifaqının ümumi itkiləri təxminən 1,5 trilyon dollar təşkil edib”, - deyə Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə Avropa İttifaqı ilə Rusiya arasında ticarət həcmi 417 milyard dolar olub. “Ticarət artımının dinamikasına baxsaq, bu il o, təxminən 700 milyard avroya çata bilərdi. Sanksiyaların tətbiqindən sonra, 2022-ci ildə həmin göstərici təxminən 200 milyard, 2023-cü ilin ilk altı ayı ərzində isə 46 milyard avro olub”, - deyə nazir müavini əlavə edib.
Aleksandr Qruşkonun fikrincə, gələn il Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsi 50 milyard avroya, sonrakı dövrlərdə isə sıfıra enə bilər.
ZÜMRÜD