Amerikalı reper qızına görə narkotikdən imtina edib
Amerikalı reper Kolson Beyker onu narkotikdən imtina etməyə sövq edən səbəbi açıqlayıb. Bu barədə o, "Million Dollaz Worth of Game" podkastında danışıb.
Sənətçi yeniyetmə qızının onun həyat tərzini dəyişdiyini bildirib. İfaçının sözlərinə görə, qızı hər zaman onun narkotik təsiri altında görüb. Bundan sonra reper onun aludəçiliyinin sevdiklərinə həddən artıq təsir etdiyini anlayıb və qızın fəxr edəcəyi ata olmağa qərar verdiyini bildirib. Musiqiçi sağalmaq üçün reabilitasiya mərkəzinə gedib. Bu, ona narkotikdən, alkoqoldan, həm də dərmanlardan imtina etməyə kömək edib.
Mətləb