Erməni dərsliklərində Rusiya işğalçı kimi təqdim olundu - Moskva və İrəvan arasında növbəti GƏRGİNLİK
Rusiya ilə Ermənistan arasında daha bir gərlinlik dərslik kitablarında Rusiya əleyhinə dərc edilən materiallarla bağlıdır. Topwar.ru saytı bu barədə material dərc edib. Məlumatda deyilir ki, Ermənistan Təhsil Nazirliyi 8-ci siniflər üçün dərc edilən “Erməni tarixi” dərsliklərindən 1828-ci ildə Şərqi Ermənistanın Rusiya tərəfindən “ilhaq edilməsi” ilə bağlı sözləri çıxaracaq. Bu barədə Ermənistan mətbuatı da təsdiqləyici məlumat yayıb.
Lakin Rusiya Xarici İşlər Nazirliyi buna baxmayaraq, Ermənistanın Rusiya imperiyasına birləşdirilməsini “ələ keçirmək” kimi təqdim olunan dərsliyin respublika məktəblərinə verilməsinə Ermənistan hakimiyyətinin imkan verməyəcəyinə ümid etdiyini bildirib. Buna cavab olaraq Respublika Maarif Nazirliyi yaxın vaxtlarda “Ermənistan tarixi” dərsliyində 1828-ci il Türkmənçay sülh müqaviləsi ilə bağlı müvafiq bölmənin dəyişdiriləcəyini vəd edib. "Dərslikdə göstərilən başlıqla əlaqədar olaraq müəlliflər redaktə təklifi təqdim etmişlər ki, bu da yaxın vaxtlarda həyata keçiriləcək." - Maarif Nazirliyinin bəyanatında belə deyilir.
Rusiya saytı daha sonra yazır: SİTAT - "İrəvanda da qeyd olunub ki, bu problemli dərslik dərsliklərə olan tələblərə cavab vermədiyi üçün hər halda yenidən ekspertizadan keçməli idi. Maraqlıdır, Rusiya Xarici İşlər Nazirliyi bu bölməyə əhəmiyyət verməsəydi, o zaman erməni uşaqlarına öyrədəcəkdilər ki, Rusiya Ermənistanı 19-cu əsrdən “işğal edir”. Bu, Paşinyan və onun Qərb “dostlarının” yürütdüyü siyasətə uyğundur." - sitatın sonu.
Mətləb Salahov