KÖHNƏ VERSİYA            

Elmlər doktoru M.S.Ordubadinin "Qılınc və Qələmini" tənqid etdi - Nizami kimi şeyxi....

Image

“...Postsovet ədəbiyyatının daha bir nümunəsinin olduğunu sui-ehtimal etdim. Çünki belə əsərlərə çox rast gəlmişdim. Elə dahi Nizami Gəncəvi haqqında M.S.Ordubadinin  qaraladığı “Qılınc və qələm” kimi. Belə əsərlər onlarladır. Müəllif Nizami kimi bir şeyxi, Türk-İslam dünyasının mütərəqqi fikir adamını, az qala, sosrealizmin kanonlarına uyğun olaraq bir bolşevik tipi kimi təqdim və təqsim edir. Bu tip ədəbiyyat nümunələri çoxdur və  mövzudan uzaqlaşmamaq üçün sözümü mahiyyət üzrə dinamikadan təcrid etmək istəməzdim...” 

Bu fikirlər filologiya elmləri doktoru Qalib Sayılovun 13.08.2024-cü il tarixində baki-xeber.com-da yayımlanan “Ədəbin və Adabın əsrarına vaqif olan Dahi” məqaləsindədir.

Alim iddia edir ki, M.S.Ordubadi yazdığı “Qılınc və qələm” romanında Nizami Gəncəvini, az qala, sosrealizmin kanonlarına uyğun olaraq bir bolşevik tipi kimi təqdim və təqsim edir.

Qeyd edək ki, "Qılınc və qələm" romanı “Azərnəşr” tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çap edilib. Həmin dövrdə və sonrakı illərdə oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilib. 1965-ci ildə əsər İ.Peçenevin tərcüməsi ilə rus dilində çapdan çıxıb.

Əsəd Cahangir: “Mən o fikirlə razı deyiləm...”

Q.Sayılovun irəli sürdüyü fikirlərə münasibət bildirən tanınmış ədəbi tənqidçi Əsəd Cahangir “Bakı-Xəbər”ə bildirdi ki, M.S.Ordubadi “Qılınc və Qələm” romanında Nizami Gəncəvini sosialist ruhuna uyğun qəhrəman kimi göstərməkdən daha çox aşiq, məhəbbət qəhrəmanı kimi göstərib. “O, macəra romanıdır və ona öz janrının tələbləri ilə yanaşmaq lazımdır. Yəni bu əsər öz dövrünün tələblərinə uyğun yanaşma tələb edir. O dövrdə yazıçıdan o tələb olunurdu. Buna görə də, onu təkrarən təftiş etməyi, “komissiya”, “məhkəmə” qurmağı düzgün saymıram. Yəni indi hamı qəhrəman olub. İndi qəhrəman olmağa nə var ki?.. Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanı Nizami haqqında Azərbaycan ədəbiyyatında yazılmış ilk roman və ilk əsər kimi dəyərlidir, geniş oxucu kütləsinin marağını çəkir. Neçə nəsil ədəbiyyat oxucuları ta keçən əsrin 30-40-cı illərindən indiyə qədər bu romanı maraqla oxuyurlar. geniş oxucu kütləsinin marağını çəkir. Bu romanı indiki nəsil də oxuyur. 

Bilirsiz ki, fransızların Aleksandr Düması var. Bizim də Aleksandr Dümamız elə bil ki, Məmməd Səid Ordubadidir. Məsələn, fransızlar heç vaxt Aleksandr Düma haqqında o sözü demirlər, onun əsərlərini təftiş etmirlər, üzərində “məhkəmə” qurmurlar. Məsələn, Aleksandr Dümanı durub Viktor Hüqo, Jorj Sand, Qustav Floberlə, Romen Rollanla, eləcə də bir sıra müasir fransız yazıçıları ilə müqayisə edib demirlər ki, orda elə yazıb, belə yazıb. Bunu demirlər də. Çünki onlar üçün Dümanın fransız ədəbiyyatında öz yeri var. Mənə elə gəlir, biz də bu cür qayğı ilə, sevgi ilə yanaşmalıyıq, müəyyən dövrün tələblərini, o dövrkü Azərbaycan ədəbiyyatının inkişaf səviyyəsini nəzərə almalıyıq. Əlbəttə, müasir Azərbaycan nəsrinin inkişafından dönüb ora baxanda o müəyyən qədər bəsit, primitiv görünə bilər. Amma nəzərə alaq ki, keçən əsrin 20-30-cu illərində Azərbaycan nəsri öz inkişafının başlanğıc mərhələsində idi və onun təməl daşlarını qoyanlardan biri də Məmməd Səid Ordubadi idi. Fikrimcə, tarixi yanaşma düzgün və obyektiv olmalıdır. Mən Ordubadi ilə bağlı o fikirləri yazan müəllifi tanımıram. Amma sizin dediklərinizdən belə başa düşdüm ki, onun metodologiyası, yəni yanaşma tərzi düz deyil, yanaşma tərzi tarixilik prinsipini nəzərə almır. Ona görə də, mən o fikirlə razı deyiləm, bu, təftişçilik münasibətidir.  Yəni “məhkəmə” qurmaq, yoxlama aparmaq məsələləri ilə heç cür yazı deyiləm.

Düzdür, Sovet dövründə Nizami Gəncəvini Sovet ideologiyasının daşıyıcısı kimi qələmə verməyə cəhdlər edilib”. 

Ə.Cahangir bildirdi ki, İkinci Dünya müharibəsinin ən qaynar çağında - 1941-ci ildə indiki Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 800 illik yubileyi keçirildi, bu yubley tədbirləri respublikamızda da qeyd edildi. “Nizaminin əsərləri Azərbaycan dilinə tərcümə olundu. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Abdulla Şaiq və digəriləri “Xəmsə”ni tərcümə etdilər, bəli, Nizamiyə Bakıda heykəl qoyuldu. “Qılınc və Qələm” romanı da həmin təbliğat dalğasının üstündə yazılmışdı. Amma buna baxmayaraq, hər şeyin iki tərəfi var. Yəni o təbliğatlar, o ideologiya, sosrealizm keçib getdi və tarixə qırışıb yox oldu, lakin “Qılınc və Qələm” romanı, Nizaminin əsərlərinin tərcümələri, abidəsi bizə qaldı. Bakının ən gözəl abidələrindən biri Nizami Gəncəvinin abidəsidir. Yaradılanlar qalır. O əsərin hansı ideologiyanın tələbi ilə yaranmasından aslı olmayaraq Nizami Azərbaycan şairidir. Bu gün də Nizami məsələsi çox aktualdır. Çünki o zaman Nizamiyə sosialist ideologiyası, Sovetlər yiyə çıxmaq, özününküləşdirmək istəyirdisə, indi də bizim yaxın qonşularımız, məsələn, İran onu “fars” şairi elan edir, indi də o özününküləşdirmək istəyir. Amma bir şərt qaçılmazdır ki, Nizami Azərbaycan torpağında doğulub, onun sümükləri torpağındadır, məqbərəsi burdadır, Nizaminin dünyada ən gözəl abidəsi Bakı şəhərindədir. Baxmayaraq ki, dünyanın bir çox şəhərlərində onun abidəsi var. Nizaminin abidəsinin özünün çox maraqlı tarixçəsi var...”     

Zəhra Allahverdiyeva: “Qılınc və Qələm” romanında Nizaminin “bolşevik tipi” kimi  təqdim edildiyini demək böyük yanlışlıq və səhvdir” 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq  şöbəsinin aparıcı elmi içşisi,  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva da “Bakı-Xəbər”ə bildirdi ki, Q.Sayılovun iddiası əsassızdır. “Qətiyyən, Nizami Gəncəvi o cür təqdim olunmayıb, o romanda elə şey yoxdur, o adam həmin əsəri oxumayıb. Orada tarixi məsələlərdən, o dövrdə Gəncədə baş verən hadisələrdən danışılıb. Məmməd Səid Ordubadi çox məsələləri tarixdən gətirirdi və aşağıda da izah verirdi ki, bu, Nizaminin filan əsərindən götürülüb. Ordubadi bu əsəri bu cür yazıb. Öz kitablarımda bu barədə yazmışam, yazdıqlarıma da cavabdehəm.   

Romanda Nizami bolşevik ruhlu şair kimi təqdim edilməyib. Bilirsiz, Nizamidə əxi ideyaları idi, əxi ideyası da insanların qardaşlığını, bərabərliyini əks etdirirdi. Amma bu o demək deyil ki, bu sosialist ideyası idi. O adam bilmir ki, Aristotel dövründən bəşəriyyəti cəmiyyətdə insanlığın  qardaşlığı, bərabərliyi düşündürüb.  Sovetlər də elə onlardan götürmüşdü bu ideyanı, amma ona riayət etmirdi, ondan öz siyasətini yürütmək üçün istifadə edirdi. 

Aristotel deyirdi ki, əgər bir cəmiyyətdə insanların bərabərliyinə nail olmaq olarsa, o həmin cəmiyyətin qələbəsidir. 

Görün, hansı dövrlərdən bu ideyalar vardı, insanların bərabərliyi, qardaşlığı məsələsinin tarixi qədimdir. Bunun Sovetlərə nə aidiyyəti var?  Sonradan bunu islam alimləri işlədilər. “Əxilər” nə deməkdir? Qardaş deməkdir, yəni insanlar bir-birinə qardaşdırlar. Yəni Nizaminin fikirləri odur, onun bolşevik idelogiyası ilə heç bir əlaqəsi, dəxli yoxdur. Məmməd Səid Ordubadi XII əsrin mühitini, əxiliyi dərindən öyrənmişdi, bunu əsərində də verib. Yəni bu məsələnin sosializmə dəxli yoxdur. O adam məsələni bilmir. Nizaminin “Xəmsə”sində insanların bərabərliyi, qardaşlığı, ədalətin aliliyi və sair çoxdur. Nizami elə buna görə Nizamidir!”

Nizaminin “Qılınc və Qələm” romanında Şeyxliyinin göstərilməməsi iddiasına gəlincə, Z.Allahverdiyeva qeyd etdi ki, romanın birinci hissəsində Nizami Gəncəvinin gənclik dövrü əks olunub: “Orada Nizaminin cavanlıq dövrü təsvir edilib, orda Nizami hələ gəncdir, cavandır. Əsərin gedişində onun fəaliyyəti əks olunub, gəncliyi, təhsil aldığı mərhələ, dostluq etdiyi şəxslər və sair göstərilib. Nizami doğulan kimi Şeyx olmayıb ki. Buna qədər böyük bir yol keçib. Məsələ burasındadır. İndi tarixi bilməyən, məlumatsız insanlar çox şey yazırlar. Tarixi roman janrımızın banisi Məmməd Səid Ordubadi həm də alim idi. Yəni o təkcə yazıçı olmayıb, həm də elmi tədqiqatla məşğul olub, tarixçi, böyük alim olub. Hər şeyi gözəl bilirdi. Nəyi Sovet senzurası buraxmırdısa, təbii, onları yazmırdı. Amma bu əsərdə Nizami ilə bağlı əsas məsələləri yazıb. Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsərinə o cür yanaşmaq doğru deyil. O dövrün tələblərini bilmək, Ordubadinin yaradıcılığını araşdırmaq lazımdır. Bu adamlar bütün tarixi keçmişimizin üstündən xətt çəkmək istəyirlər. Bu nə tendensiyadır, bu nə yanaşmadır? Anlaşılmır. Təbii olaraq hər bir əsər dövrünün tələblərinə uyğun yazılır”. 

Z.Allahverdiyevanın sözlərinə görə, M.S.Ordubadi “Qılınc və Qələm” əsərində ən çox Nizaminin gənclik dövrünü təsvir edib və orada yazıçının təxəyyülü də olmalı idi, hər şey tarixdən ibarət deyildi ki. Yazılan əsərlərdə o dövrə uyğun ideoloji səhvlərin olduğunu deyən Z.Allahverdiyeva hesab edir ki, bu heç də keçmişin üstündən xətt çəkməyə səbəb olmamalıdır. Z.Allahverdiyeva qeyd etdi ki, Sovet dövründə bir əsərdə sarayla əlaqəsi olan bir şairin adı olardısa “o məddahdır” iddiası ilə  dərhal çıxarırdılar. Alim bildirdi ki, o dövrdə Nizami Gəncəvinin sarayla əlaqəsi olub, hətta son tədiqatlara görə, dahi şair Şirvanda da olub, halbuki, onun Gəncədən kənara çıxmadığı yazılırdı. “Keçmişi tənqid və təftiş etməkdənsə yeni əsərlər yazsınlar, o dövrü öyrənsinlər, nə çatışmazlıqlar olubsa, hansı məsələlər qeyd olunmayıbsa onları qeyd etsinlər, yazsınlar. Elə məsələlər var ki, onlar əks olunmayıb. 

Nizami Gəncəvi Gəncədə yaşasa da, əlaqələri vardı. İndi-indi üzə çıxarılır ki, Nizami Şirvana da gedib, Şirvanşah sarayı ilə əlaqəsi olub. Şirvanşah ona əsər yazmağı uzaqdan-uzağa sifariş verməmişdi”. 

1937-ci il represiyasını xatırladan Z.Allahverdiyeva dedi ki, o dövrdə ziyalıların başına min bir oyun açılırdı və onlar üçün hər cür maneə törədirdilər. “O dövrdə yazıçılar qorxa-qorxa yazırdılar, Sovet hökuməti onların başına hansı oyunları gətirirdi. Azərbaycanda Sovet hökuməti qurulan kimi irtica başladı. Anlamaq istəmirlər ki, o dövrdə yazmaq elə də asan deyildi, hər söz, hər cümlə yoxlanırdı. Ordubadi çox şey yazardı. Onun Nizami Gəncəvi ilə bağlı çoxlu tədqiqatları, məqalələri var, orda   Nizaminin əxilərlə əlaqəsi əks olunub. Məsələ burasındadır ki, Sovet hökuməti də deyirdi ki, “insanlar bir-biri ilə bərabər olmalıdır”, buna əməl etmirdi, ondan istifadə edirdi. Amma əxilər islamın o təriqəti idi ki, doğrudan da onlar insanların qardaşlığını, bərabərliyini təbliğ edirdilər. O dövrdə sərhədlərdə müharibələr gedirdi, əxilər yığışıb zülmə, müharibəyə qarşı mübarizə aparırdılar. Nizaminin də cavan vaxtı əxilərlə, əxi şeyxləri ilə  əlaqəsi vardı. Xaqaninin də onlarla əlaqəsi vardı.   Nizaminin düşüncəsi ilə onların ideyaları üst-üstə düşürdü. Ona görə də, Ordubadi bu məsələləri olduğu kimi işıqlandırıb. Odur ki,  “Qılınc və Qələm” romanında Nizaminin “bolşevik tipi” kimi   təqdim edildiyini demək böyük yanlışlıq və səhvdir”-deyə Z.Allahverdiyeva qeyd etdi.

İradə SARIYEVA 







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031