KÖHNƏ VERSİYA            

Avropa qaz bazarında yeni qiymət şoku yaşanır - Azərbaycan da işin içindədir...

Image

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu və sərhəddəki “Suca” qazölçmə stansiyasının onların nəzarətinə keçməsi fonunda Avropada qazın qiyməti qalxmaqda davam edir. Düzdür, sözügedən stansiya vasitəsilə tranzit boru kəməri ilə Avropa İttifaqı ölkələrinə vurulan Rusiya qazının həcmi son günlərdə artıb. 

Lakin ekspertlərin fikrincə, döyüşlər güclənərsə və risqlər artarsa, “Qazprom” tranziti kəsə bilər. Bu zaman Kiyev ölkənin qaz nəqli sistemini saxlamaq üçün lazım olan gəliri də itirəcək. Üstəlik, onun Ukrayna anbarlarında saxlanılan Avropa qazının həcminin artırılması ilə bağlı ümidləri puça çıxa bilər.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da Kursk vilayətini tutduqdan və ertəsi gün sərhədə yaxın yerləşən “Suca” qazölçmə stansiyasına nəzarəti ələ keçirdikdən sonra Avropa İttifaqında qazın qiyməti qalxıb. Artıq min kubmetr üçün qiymət 500 dollara yaxınlaşır. Belə bir şəraitdə sözügedən stansiya vasitəsilə Rusiya qazının Ukrayna ərazisindən tranziti artmağa başlayıb. Ukraynalı analitiklərin qeyd etdiyi kimi, Kursk vilayətində davam edən hərbi əməliyyatlara baxmayaraq, Rusiya şirkəti Suca vasitəsilə qaz tədarükünü davam etdirib və bu, Ukraynaya tranzit haqqı olaraq ildə 5 milyard dollara qədər gəlir gətirir. Ancaq eyni zamanda, mümkündür ki, stansiyada avadanlıq fiziki zədələnərsə, “Qazprom” fors-major vəziyyət elan edə bilər. Yeri gəlmişkən, Ukraynanın özü 2022-ci ilin may ayında Luqansk ərazisində Rusiya qüvvələrinin nəzarəti altında olduğunu əsas gətirərək, “Soxranovka” qaz stansiyası vasitəsilə cənub istiqamətində tranzit üçün “mavi yanacaq” qəbulunu dayandırmışdı. Nəticədə, Rusiya qazının “Suca” qazölçmə stansiyası vasitəsilə Avropaya nəql yeganə marşrut olaraq qaldı. Qeyd edək ki,  “Qazprom” ötən il Avropaya təqribən 15 milyard kubmetr qaz tədarük edib ki, bu da Avropa İttifaqının  ümumi istehlakın təxminən 4,5%-ni təşkil edib. Rusiya qazının bu payı kiçik görünsə də, kövrək balansın qorunduğu Avropa bazarı üçün əhəmiyyətli görünür. Milli Enerji Təhlükəsizliyi Fondunun və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin aparıcı analitiki İqor Yuşkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu və “Suca” qazölçmə stansiyası ətrafında risklərin artması xəbəri ilə qazın qiyməti artıq 500 dollar həddinə yaxınlaşır. Halbuki, avqustun əvvəlində qiymət 350 dollara düşmüşdü. Spot qiymətlərin azalması ilə mayeləşdirilmiş təbii qaz ilə rəqabətdə “Qazprom”dan gələn boru kəməri qazının qiymət daha az sərfəli oldu. Belə bir şəraitdə avropalılar aktiv şəkildə qazı yerindəcə daha ucuz qiymətə almağa çalışdılar və buna görə də Rusiyadan vurulan qazın həcmi azaldı. Lakin daha sonra Kursk vilayətində döyüşlər və Rusiya tədarükünün gələcəyi ilə bağlı narahatlıqlar xəbəri ilə qazın qiymətinin artması ilə qiymətlər yüksəlməyə başladı. Nəticə etibarı ilə, “Suca” qazölçmə stansiyasında nasosların həcmi “Qazprom” tərəfindən əvvəllər təyin edilmiş texniki maksimum səviyyəsində elan edilib.

“Qazprom” hələlik Rusiya tərəfinin sözügedən bölgəni kifayət qədər tez azad edəcəyini  gözlədiyi üçün tranziti davam etdirmək qərarına gəlib. Lakin proses uzanarsa, o zaman qazın kəsilməsi ilə bağlı siyasi qərar verilə bilər. Beləliklə, eyni zamanda bu, Aİ ölkələrinin  də Ukraynaya təzyiqi artıra biləcək təsir olacaq. “Qazprom”la Ukraynanın “Naftoqaz” şirkəti arasında müvafiq müqavilənin bu ilin sonunadək başa çatması ilə əlaqədar bu istiqamətdə gözlənilən qaz tədarükünün dayandırılmasını şərh edərkən, ekspert Yuri Uşakov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Kiyev nümayəndələri ilə sonrakı razılaşmaların mümkünlüyünə şübhə etdiyini bildirib:  “Düşünürəm ki, bu, qaz təchizatının davam etdirilməsi məsələsinə də aiddir. Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücum hekayəsi tranzitin saxlanması problemini çətinləşdirib. Baxmayaraq ki, hər iki tərəfə gəlir gətirir. Ancaq formal olaraq Ukraynanın təşkil etməyə borclu olduğu hərraclar çərçivəsində heç bir müqavilə olmadan qarşılıqlı əlaqəni davam etdirə bilərdilər. Onların nəticələrinə əsasən, “Qazprom”, prinsipcə, gələcəkdə müvafiq həcmləri təmin edə bilər. Ancaq burada hələ də Ukrayna tərəfinin belə hərracların keçirilməsinə nə dərəcədə hazır olduğunu görmək lazım olacaq”. Maraqlıdır ki, Ukraynaya məxsus “Naftoqaz” QSC 2024-cü ilin dekabrında başa çatacaq qaz tranziti ilə bağlı müqavilə çərçivəsində qaz nəqli xidmətlərini davam etdirmək niyyətində olduqlarını bildirib.  “Naftoqaz” QSC-nin idarə heyətinin rəhbəri Aleksey Çernışevin sözlərinə görə, tranzit xidmətləri üçün o, ildə təxminən 1,1 milyard dollar gəlir əldə edib ki, bu da ölkənin qaz nəqli sisteminin saxlanmasına sərf edilib. Amma bu vəsaitlərlə yanaşı, hərbi risqlər pisləşərsə, Kiyev Aİ ölkələrindən gələn qazın həcmi hazırda azalan yerli qaz anbarlarında saxlanmasına görə əlavə ödənişləri də itirə bilər. Qərb mətbuatının yazdığına görə, ötən il Ukrayna avropalı tərəfdaşları üçün təxminən 10 milyard kubmetr qazın saxlanmasını təmin edib. Hələlik baş verənlər Avropada, ümumən dünyada qaz bazarında qeyri-müəyyən durum yaradıb. Azərbaycan da qaz tədarükçüsü kimi prosesi yaxından  izləyir. 

Ramil QULİYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30