Bakıda restorandan 2 min manata yaxın pul oğurlandı
Bakıda restorandan pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 6-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən 1900 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1981-ci il təvəllüdlü Elşən Cabbarov müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD