"İlon Mask, İsrailə getdin, Qəzzaya niyə gəlmirsən"...?
HƏMAS-ın rəhbərlərindən biri olan Usamə Həmdan amerikalı milyarder İlon Maskı İsrailin hücumları nəticəsində yaranan dağıntıları görmək üçün blokadada olan Qəzza zolağına getməyə çağırıb. Həmdan Beyrutda keçirdiyi mətbuat konfransında Maskın İsrailə səfərindən danışıb. “Obyektivlik və etibarlılıq standartlarına uyğun olaraq Qəzzə xalqına edilən qırğınların və dağıntıların miqyasını görmək üçün onu (Musk) Qəzzəyə səfər etməyə dəvət edirik",- deyə o bildirib.
İlon Mask dünən İsrailə səfər edib və baş nazir Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də Həmas-ın hücumuna məruz qalan Kfar Aza qəsəbəsinə baxış keçirib.
Leyla SƏMƏNDƏR