Moskvadan “Həmas” liderinin öldürülməsinə reaksiya - gərginlik daha da artacaq...
Rusiya İranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsini pisləyib. Rusiya Xarici İşlər Nazirliyi Haniyənin öldürülməsini “tamamilə qəbuledilməz siyasi qətl” adlandırıb.
Ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, HƏMAS liderinin öldürülməsi “gərginliyin daha da artmasına səbəb olacaq”.
HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə bu gün Tehranda İsrail tərəfindən öldürüb. HƏMAS-ın nümayəndəsi Sami Əbu Zuhri qeyd edib ki, onlar İsraillə açıq müharibədədirlər və istənilən bədəli ödəməyə hazırdırlar.
HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə dünən İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
TAHİR