KÖHNƏ VERSİYA            

Dünyanın ən acı təlaşı şəhid analarının ürəyində qövr edir...

Image

İkinci yazı

Mingəçevirin Günəşli qəsəbəsi bəlkə də adı kimi gü­nəşli deyil; burada günəşin al şəfəqləri çöhrələrə soyuq təbəssüm sıçradır. Darısqal döngələr, sakit, səssiz yollar, hətta yanından ötən insanlar sanki qaş-qabaqlı, sanki hüzn içindədir. 

Kimdənsə bunun səbəbini soruşmağa ürək etmirik. Ancaq hiss edirik ki, Vətən müharibəsindən sonra gözlərdə, ürəklərdə təlatüm edən sevinc hissi qədər bir susqun görkəm də var. Anlaşılandır; ən azı beş-on evdən bi­rin­də şəhid ağrısı, acısı sinə deşir...

Musa və Tural qardaşlarının anaları Nəhayət xanımın da içini acı sızıltılar sarıb. Ona övladları ilə bağlı zəng vu­randa da səsində ağır bir ləngər, iç göynədən bir sızıltı hiss etmişdim. Ya ünvanı səhv demişdilər, yolu-rizi səhv gös­tərmişdilər, bəlkə də üzərimə çökən ağırlıqdan mən səhv an­lamışdım, yad bir səmtə getmişdim, Nəhayət xanıma zəng vuranda, dedi ki, qarşı küçədən sağa dön, yolun ba­şın­da qarşılayacam...

Çılğın-dəli küləklərin müşayiəti ilə sağ küçə ilə qarşıya keçdim. Yan səmtdə söhbət edən iki qadın dedi ki, ilk də­fədir Mingəçevirdə bu cür dəli külək əsir. Bir anlıq elə bildim, küləyi bu işıqlar şəhərinə mən gətirmişəm...

Küçənin dolanbacından sağa burulanda qarşıda qara pal­tarlı, boynu sağ çiyninə əyilmiş bir qadın gördüm. Elə bil­dim, yaşıllığı itmiş bir vadidə musson küləkləri iki qaya parçasını üst-üstə qoyub, üstdəki parçanı bir qədər yana əyib. Belə təsir bağışladı Nəhayət xanım. Ona əziyyət verdiyim üçün özümü qınadım. Aramızdakı yüz metrlik yolu bəlkə də yüyürdüm, ya süründüm, bəlli olmadı, Nəhayət xanım rəngi solmuş gözlərindəki kədəri gözlərimə yük etmədən məni salamladı, birlikdə Musa və Tural qardaşlarının boya-başa çatdığı evə tərəf addımladıq... 

Ani olaraq susqunluq girdabına tutuldum. Qəfil gələn hiss ayaqlarımı daş yola pərçimlədi. Güclü külək saçlarımı dağıda-dağıda gözlərimə hücum çəkdi, lakin diqqətimi birazdan kandarına ayaq basacağım evin qəribə təzad doğuran aurasına yönəldə bildim: darvazanın sağ səmtində şəhid qardaşların xatirəsinə bulaq komleksi inşa edilib. Kompleks aşkar bir Vətən hissi, coşqun bir vətənpərvərlik sevdası aşılayır. Bir tərəfdə Musanın, digər tərəfdə Turalın büstü var. Külək də yuxarı səmtlərə sancılmış bayraqlarımızı yovşanlı dərələrin yulğun ağacları kimi yelləyir... İçimə qəhər doldu. Bəlkə də Nəhayət xanım - buyur, oğlum, içəri keç, - deməsəydi, Allah bilir, hansı ilğıma qoşulub, hansı acının əsarətində əriyəcəkdim... 

Həyətə daxil oluruq. Ev başdan-başa bir vətənpərvərlik mücəssəməsi kimi görünür. Nəhayət xanımın müşayiəti ilə söhbət edəcəyimiz otağa keçirik. Bura sanki şəhid qardaşların muzey-xatirə ocağıdır. Divarlardakı foto-stendlər, masa üstünə qoyulmuş şəkillər Nəhayət xanımı elə ayaq üstə dinləməyə vadar edir...

Otaqdakı ab-havanın müşayiəti ilə Nəhayət xanım şə­hid övladları barədə danışır. Əslində, danışmır, sakit-sakit qan ağlayır, fəryad qoparır, bayırdakı külək kimi təlatümə gəlir... Qərəz kimi görünməsin, o, bəlkə də hər gün yüz dəfə ölür, dirilir, hər qapısını açana həyat qubarının nə qədər acı olduğunu anladır. 

Nəhayət xanım anidən gözlərinin vücudunu dəyişib ilıq hənirtilərlə dedi ki, Musa şair idi, altmışa yaxın şeiri var. Görün bir şeirində nə yazıb:


Nə gözəl qardaşsan, mənim qardaşım,

Gəl, elə dünyadan birlikdə köçək...


Misralar təxminən bu anlamda çıxdı Nəhayət xanımın dodaqlarının arasından. Dedi ki, Musa sanki qardaşı ilə birlikdə öləcəyini bilirmiş. Əvvəlcədən bu fikirləri dilinə gətirib...

İnsafən, misralar son dərəcə poetik və bədiidir. İçindəki məna ümumiyyətlə, moderndir. Müasir şeirin orijinal şə­kil­lərindəndir. Şeiri bütöv halda görə bilməsəm də, bu iki misra Musanın poetikası haqda çox şey dedi. 

Nəhayət xanım qaysağı qopmuş sızıltılarla ərz etdi ki, Musanın qəbir daşında özünün yazdığı bir parça şeir əks olunub... Hər dəfə oradakı misraları oxuyanda dünyamız dağılır, sinəmiz od tutur...  

Söhbətimiz nə qədər davam edir, bilmirik, bəlkə də heç danışmırıq, fərqinə varmırıq, anidən sağollaşırıq. Külək darvazanın qapısını açır, sonra da sanki bağlayır. Bir anlıq arxaya boylanıram, Nəhayət xanımı tonlarla ağırlığı olan bir qaya parçası kimi görürəm. Sanıram ki, dünyanın ən acı təlaşı onun övlad nisgili ovan ürəyində qövr edir...

Və sanıram ki, dünyanın ən acı təlaşı bütünlükdə şəhid analarının övlad nisgili ovan ürəklərində qövr edir...

Musa və Tural qardaşlarının adı verilən küçədə onların xatirəsinə bir lövhə qurulub. Lövhədə güclü vətənpərvərlik hissi var. Elə bu təsirdən orada özümdən ixtiyarsız Və­tən müharibəsi ərəfəsində yazdığım bir şeiri pıçıldadım:

 

***

 

...Dur, əsgərim!

Düşmən ipə-sapa yatmır,

Vur, əsgərim!

Şeytan yenə hiylə qurur,

O iblisin qulağını

Bur, əsgərim!

Ana yurdun gözlərinə

qürurla bax,

Çəkilməsin gözlərindən

Nur, əsgərim!

Vətən para-para olub,

Qarabağın sərhədini

İrəvanda qur, əsgərim!

Qoyma yurdda qara bulud,

Yad baxışlar "çiçəkləsin",

Düşmən güllər bitsin...

Torpaq sənə əmanətdir,

Ana yurdun keşiyində 

möhkəm dayan, dur, əsgərim!

...Vur, əsgərim!

 

Döyüş yoldaşının Tural barədə dediyi sözlər yadıma düş­dü... Əmin oldum ki, o, yaralı halda mühasirədən çıxmaq üçün yuxarı səmt­dən güllələri yağış kimi yağdıran düş­mənə atəş açan­da da eynən bu cür hayqırıbmış: Vur, əs­gərim!... 

“Musa və Tural qardaşları küçəsi”

Musa və Tural qardaşları barədə kitab yazmaq tapşırığı alanda dərhal vikipediyaya nəzər saldım. Göstərdikləri qəh­rəmanlığı əks etdirən ümumi bir məlumatda əvvəlcə Mu­sanın, sonra da Turalın adı çəkilirdi. Redaksiyada da bi­rinci Musanın adı çəkilirdi. Mən də onların adlarını yaddaşıma bu şəkildə hopdurdum. Hətta Mingəçevir Şəhər İcra Hakimiyyətində olarkən də birinci Musanın adı çəkildi. Günəşli qəsəbəsinin sol səmtindəki küçədə əks olunmuş lövhədə də elə «Musa və Tural qardaşları küçəsi» söz­ləri əks olunmuşdu. Düşündüm, yəqin böyük qardaşdır, ona görə hörmət əlaməti olaraq belə deyirlər. Bir daha vi­ki­pediyaya diqqət etdim. Bu zaman əks bir diqtə ilə qarşılaşdım, bəlli oldu ki, Musa əslində, ailənin kiçik övladıdır, lakin Turaldan qabaq şəhid olub...

Bu zərurəti şəhidlərin anası Nəhayət xanımla da müzakirə etmək fikrim var idi. Lakin onun ləngər vuran dərdi, iç göynədən ağrı-acısı qarşısında nitqim qurudu, mövzunu başqa səmtlərə çəkdim. O, içində sızıldaya-sızıldaya dedi ki, Musa tankın içində yanaraq həlak olub (bunu telefonla da­nışanda da demişdi...). Bir müddət nə ondan, nə də Tu­raldan xəbər tuta bilmədik. Meyitləri neytral zonada qaldığı üçün bizə bir söz demirlərmiş. Sonra ard-arda – müəyən aralıqla hər iki övladımın şəhid olması barədə sarsıdıcı xə­bər­lər aldım. Çox az ara ilə üstümə iki tabut gətirdilər. Mən bədbəxt, mən qaragün necə dözdüm buna? Ağ­la­maq­dan səsim batdı, ancaq ölmədim. İndiyə qədər sızıldayıram. Ölənə kimi bu sızıltı məni rahat buraxmayacaq. Bəl­kə öləndən sonra da övlad acıları məni köz edəcək... 

Nəhayət xanım sakit-sakit göynəyir, fikirlərini cəm edə bilmirdi. Bəlkə də küləyin səsinə diksindi, dedi:

- Həyat yoldaşım üçün də çox ağır idi. Elə gün olmurdu ki, ağlayıb-sızıldamasın. Arada nəvələri ilə dərdini dağıdırdı. Amma dözə bilmədi. Dünyasını dəyişdi. Bu, mənə üçüncü zərbə oldu. Sinəmdə üç dağ gəzdirirəm indi. Qu­bar­dan içim parçalanır, gözümün içində elə göynərtilər var ki, sözlə təsvir etmək mümkün deyil...

Sözardı: “Torpağın üzü soyuqdur” deyirlər. Zaman ya­ra­ları tez unutdurur. Ancaq bu, bütün hallarda mümkün ol­mur... 

İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhid adı, şəhid an­dı itməyəcək. Mingəçevirin Günəşli qəsəbəsinə ayaq ba­sanlar “Musa və Tural qardaşları küçəsi” yazılmış lövhənin qarşısında dayanıb əvvəlcə bir anlıq sükuta dalacaq, sonra onların şəhid adı qarşısında baş əyəcək, ehtiram ifa­də edəcəklər. Bu da o anlama gələcək ki, qəhrəmanlıq sə­hi­fələrini tarixdən silmək olmur. Necə ki, Cavanşir, Ba­bək, yeni əsrlərdə Mübariz, Fərid, Polad və digərləri xatırlanır, eləcə də Musa və Tural qardaşları, onların timsalında bütün şəhidlər xalqımızın and yeri olacaqlar... 

Bu şərəf onları da daim şərəfli edəcək... 

Əvvəllər – bizdən çox uzaq illərdə olduğu kimi, yaxın ta­­rixlərin də insan qətlləri bizi mütəəssir edir. Ya­şa­dı­ğı­mız həyatın (ədəbi dildə desək) süjet xəttində çırpınan bu nüans zahiri aləmlərdə insanın hansı məcrada nə olduğu ba­rədə dürüst məlumat verir. Biz (fəlsəfi zəmində) insanı ta­ledən gələn səs-səda kimi xarakterizə etmək istəsək də, tarix öz yaddaşını bu «güzəşt» hesabına zamanın axarına ve­rə bilir. Əslində, həyatdakı mənəvi təsirlər bu «gü­zəşt»in bir eskizidir. Yaddaş mənbəyi kimi əks edən hadisələr əsasən isnan qətlləri barədə acınacaqlı faktlar və dəh­şət saçır. Bu yaddaş tablosunda nə duyğuda təzahür edən fəlsəfi hiss var, nə də ədəbi prosesə eyham vuran li­rik təsir; burada yalnız milli xarakterdə əks olunan vətəndaşlıq, ağrı və girdablara mənəvi ağırlıq verən insan meylləri var və bu da faciə, dəhşət müstəvisidir. Sanırıq ki, mü­ha­ribələri törədən insanlar bu prosesi sürətləndirməkdə, ar­tırmaqda və daha qabarıq etməkdə israrlıdırlar. Çünki mü­haribələr insan və həyat tiplərini, bu israrda əks edən in­san qətllərini bəşəri statuslar kimi təqdim edir. Buna gö­rə hər bir insanın həyatı gələcəyi məhv edilmiş bir xalqın xarakteridir. Əsasən də, müharibələr insan həyatına xəyanətdən doğan ağrılardır, ümumilikdə tarixi zəminin, həyat acısının və tale ucalığının təsirində qətl, soyqırım törədən vəhşi simaların xarakterini açır. 

Mingəçevirli şəhid qardaşlar Musa və Turalın qəhrəmanlıq səhifələrini oxuduqca bir qənaətə gəlirik ki, erməni şovinizmi, onlara havadarlıq edən ermənipərəsət ölkələr yetkin insanlarla yanaşı, minlərlə azərbaycanlı gəncin də gələcək həyat-tale pərvanələrinin yüksək zirvələrdə bərq vurmasına mane olub, bu nəsli xoşbəxtlik deyilən nəs­nədən məhrum qoyub, nəticədə onların gələcəklə bağ­lı yaşantıları çırpıntı içində qalıb. Bu nəsil əslində, böyük bir həyata, mənalı, şərəfli bir ömrə sahib olmaq üçün sə­fər­bər olunmuşdu... 

İyirminci əsrin sonlarında və iyirmibirinci əsrin əvvəllərində erməni şövinizmi Musa və Turalın timsalında minlərlə azərbaycanlı gənci də məzlum duruma düşürmək niy­yəti güdürdü. Lakin xalqla dövlətin birlik əzmi onların mənfur və çirkin iştahlarını boğdu, ordumuz sarsıdıcı və ağır zərbələrlə düşmənin bütün iradəsini qırdı... 

Bu gün qalib ölkənin vətəndaşları kimi qəhrəman oğullarımızla qürur duyur, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanmasını fəxarətlə seyr edirik. Lakin bu sevinc içində bizi ağrıdan və məyus edən bir anlam var: ermənilərin qətlə yetirdiyi, uğur və in­ki­şafdan qoyduğu azərbaycanlı gənclərin hər biri Vətən ad­lı məsuliyyəti gələcəyə daşımaq üçün doğulmuşdular. Fəqət...

Bu təəssüf hissi bizi üzdükcə üzür. Ancaq qalibiyyət və böyük zəfərin parıltısında şəhid oğullarımızın – gələcəyimizin məsuliyyəti hesab etdiyimiz gənclərin əbədiyyət fövqü bizə təskinlik verir. Bu yüksəklikdə Musa və Tural qardaşlarının da qəhrəmanlıq əzmi özünü aşkar büruzə ve­rir...

Musa və Tural qardaşlarının Vətən sevgisi hər birimiz üçün zaman ucalığı kəsb edir; onların vaxt adlı aşırımları rahat keçmək şansları var. Çünki sözün zahiri və batinində bir məqsədə vardılar – şəhidik andını şərbət kimi içdilər. 

Vətən adlı seyrəngahda yüksək hüdudlara çıxa bilmək hər kəsə nəsib olmur. Musa və Tural qardaşları artıq bu «vadi»də qərar tutublar. Övladları zaman-zaman, böyü­dük­cə daha dərindən hiss edəcəklər ki, qəhrəman ataları olub, rahat, təhlükəsiz yaşasınlar deyə canlarını fəda ediblər. 

Bu şərəf onları da daim şərəfli edəcək... 

“Torpaq su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur...” 

Mənbələrdə deyilir: «O kəs ki, mənasını çox dürüst bildiyi bir amal uğrunda cihad edir, bu, mənəvi ibadət sayılır və öldüyü an şəhidlik zirvəsinə yüksəlir». 

Hədis və dini məramnamələrdə də qeyd olunur ki, torpaq su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur... Vətən uğrunda can fəda edən oğullar Allah dərgahında misilsiz pay sahibidirlər və Cənnət onlara əta edilib...

Dərs kitablarından, mətbuatdan, informasiya şəbəkələrindən… bilirik ki, torpaq, Vətən uğrunda cihada (mübarizəyə) qalxan, sinələrini mərmilərə sipər edən oğullar bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi daha vacib bilirlər. Bu da Vətən sevgisidir... İnsan özü də bilmədən (və ya çox vaxt bilərəkdən) öz içində bir qəhrəman surəti aşkarlayır, onun tipik xarakterini şərəf amili kimi tə­cəs­süm etdirir. 

Musa və Turalın simasında qeyrətli Vətən oğullarının yurd sevgisi şərəf kodeksi kimi cilalanır. Onlara Vətən qoy­nunda əbədi uyumaq xoşbəxtliyi nəsib olub. Onları şə­hidliyə aparan yol sabaha qürurla açılan tarix-şərəf qapısıdır.

Övladları həlak olan valideynlərin içində ağır ləngərin, iç deşən hayqırtının, göz göynədən təlatümün, qəlb yırtan ağrının, tük ürpədən dəhşətlərin... çaxnaqları var. Şəhid adı ağır həyat tərzini, yüz yerindən pas atmış güzəranı da elə tərzdə yırğalayır ki, zahirdən batinə qədər hər şey zəlzələyə mübtəla olur. 

Torpağın işğal olunmasını və ona gendən baxmağın bir Vətən yoxluğu olmasını qəhrəman oğullar çox yaxşı bilir, onlar bu ağır dərdin təlatümlərini - bu qorxunu xalqın içindən çıxarmağa daim müvəffəqdirlər. Bu şərəfi Musa və Tu­ralın timsalında Vətən müharibəsində aydın müşahidə etdik.  

Zahirən diqqət edəndə bəlli olur ki, yollar müxtəlifdir. Şəhidlik yolu da bu qəbildəndir, dərin qatlarla doludur. O yolda ölüm acıları, ölüm kabusu, çətin keçiləsi körpülər və s. çoxdur...

Haqqa uzanan əllər Allahdan aman dilər. Bu amanı Və­tən fədailəri – şəhidlər pak dualara çevirərlər. Atalarımız məhz buna görə «şəhidlik böyük nemətdir» deyiblər.

Qəribə taleyə, müqəddəs amala həsr etdiyimiz bu kitabda Mingəçevir şəhərindən olan iki şəhid qardaşın – Musa və Turalın əbədiyyət ünvanına güzgü tutmağa çalışırıq. Necə ki, insan doğulur, taleyini Allah verir, eləcə də şəhid qardaşların ənamını Uca Yaradan əta edib, biz sadəcə, hünərvər, Vətən sevdalı bir anaya, ürəyi oğul qübarından qa­bar bağlamış, iki oğlu şəhid olmuş Nəhayət xanıma tə­səlli vermək niyyətindəyik. Əlbəttə, heç bir təsəlli onun övlad yarasını sağaltmaz, ancaq iki saat daha artıq dözə bilməsi üçün vəsilə ola bilər. Biz nə qədər desək də, - Azər­bay­canın aydın səmasında Musa və Turalın ruhu dolaşır, o ruh şəhid qardaşlar üçün haray çəkənlərə tükənməz rahatlıq, isti hənirti verir, o ruh Vətən göylərində pərvaz edir və gənc nəsillərdə cəsarət, qürur hissi doğurur, - Nəhayət xa­nı­mın dərddən cadar-cadar olmuş qəlbinin sızıltılarını kə­sə bilmərik...  

Şəhid anaları Azərbaycanın qeyrət simvolu, xalqın əzəmət duyğusudur. Hər şəhid də bir Vətən daşıdır və gələcək nəsillər o «daş»ların üzərində yenilməzlik ruhu daşıyacaq, Vətənin bir qarışını da yadlara verməyəcək. 

Arada özümüzdə cəsarət tapıb Nəhayət xanıma deyirik:

- Musa və Tural üçün təkcə siz yox, bütün el, elat ağı deyir. Ağlamayın, özünüzə toxtaq, gözlərinizə hakim olun. Siz rahat olduqca, Vətən duruluq tapır. Siz ağrı-acıdan dinc­lik tapdıqca Musa və Turalı qoynunda uyudan torpaq da kövrək-kövrək çırpınır... Siz ağladıqca torpaq öz içindəki tə­la­tü­mü saxlaya bilmir... Ağlamayın! Başınızı dik sax­layın, şəhid anası! Başınız həmişə uca olsun! Şəhid öv­lad­larınızın qəhrəmanlığı bu gün hamı üçün bir görkdür. Nə xoş ki, şəhid övladlarınızın yurdunda dörd övlad – dörd davamçı böyüyür. Onlara xa­tir dözün, şəhid anası!

Musa və Turalın əziz xatirəsi onları sevənlərin yaddaşında işıqlı bir salnaməyə çevrilib. Vətən də, el-oba da bu qəhrəman oğullarla fəxr edir. Onların qəhrəmanlığı bir insanlıq nümunəsidir. 

Ürəyin işığı həyatın işığıdır, Nəhayət xanım. Həyat, bütün mənalarda bir sevgi yoludur. İnsan bu yolda öz ürək sevdasına hakim olmağı bacarırsa, deməli sevgi onun üçün ən başlıca şərtdir. Ürəyi sevgi ilə dolu adamın könül nəğmələri təzətər, işıqlı və düşündürücü olur. Vətənə qəhrəman oğul yetişdirən ata və anaların da könül duyğuları bi­zə həmişə xoş təsir bağışlayıb. Həyat yoldaşınızla birlikdə üzərlərində yarpaq kimi əsdiyiniz Musa və Tural Vətənin təəssüb çəkən qeyrətli oğulları idi. Onların Vətən pıçıltılarının hamısında sevgi dolu hislər var. Onlar könül nəğmələrini həyatın qaynar çağları ilə isidirlər deyə torpaq öz lən­gərini uzaq məsafələrə körpü edir. 

Artıq Musa və Tural ağ dünyanın yolçuları olublar. On­la­rın ruhundakı, insan görkəmindəki ağlıq - ağayanalıq, Və­tən təəssübüdür, içimizdəki mənəvi böhranı dağıtmaq üçün kəsərli duadır. 

Vətənpərvər övladlar böyütdüyünüz üçün sizə həmişə minnətdar olacağıq. Minbir əzab-əziyyətlə boya-başa çatdırdığınız məğrur, gözütox övladlar özləri də artıq bir Və­tən olublar. Şəhidlik onların məsuliyyətidir. 

Vətən sədaqəti daim həyatınızın ayrılmaz hissəsi kimi görünəcək, Nəhayət xanım. Ali duyğularınızda həmişə iki qəhrəman övlad sevisi qərar tutacaq. Gözlərinizin yükünü bir az azaldın, əzəmətli, vüqarlı qadın! 

İgid oğulları dünyaya sizin kimi analar gətirir – əllərinin qabarı ilə ailənin ən sadiq, ən əzabkeş surəti (obrazı) olan analar. Siz Allahın dəyər verdiyi surətlərsiniz... 

İndi siz daha alisiniz, indi həyat, tale və zaman pərişan gözlərinizin içinə baxmağa cəsarət etmir. İndi...

Ayaqlarınızın altında Cənnət salnaməsi var. Ey məğrur qadın, Vətənə iki qəhrəman oğul fəda etdiniz. Elə oğullar ki, əlləri-qolları bağlı olsaydı belə, düşməni dişləri ilə didməyə hazır idilər...

O sakit-pərişın gözlərinizi məsum baxışlarla doldurub uzaqlara, çox uzaqlara – övladlarınızın getdiyi səmtə baxmaq əzabından bir az çəkindirin. İçinizdə ləngər vuran çırpıntılar surətinizdəki könül xoşluğunu dağıdır. Ey, hamımızan vüqar, əzəmət tacı! Gözlərinizi bir də yalqız, yazıq və hürkək baxışlarla doldurmayın. Başınızı daim dik, qəlbinizi həmişə farağat tutun, çünki iki qəhrəmanın anasısınız! 

Haqq sözdür: İnsan öz içində yalqızlıq acısı yaşayanda, mütləqdir ki, həyata, insanlara, taleyə, bəlkə Allaha (da) yovuşa bilmir... Nəhayət xanımın da pərişan halı bu tipdədir. Dediklərimizin heç biri onun qəlb yuvasına girmir, əksinə o, həmin an öz məhrumiyyəti ilə çırpınır, səs və hə­rəkətin fövqünə varmır. Başadüşüləndir, gerçək (çılğın) sevdalıların hamısı belə olur... Onları nə zaman gözübulanıq görsək, dərhal əzabın qaynar sahillərindən çəkilirik. Çünki həmin an onların dəli-divanə duyğularının ləngərini dağıda bilərik... 

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031