ABŞ Ermənistanı Azərbaycanın “Orta dəhlizinə” qoşmaq istəyir...
Məhəmməd Əsədullazadə: “Vaşinqton Ermənistanın “Orta dəhliz”də olmasını istəyirsə, ilk növbədə...”
ABŞ Azərbaycanla Ermənistan arasında sülhü əldə etmək üçün real fürsət görür. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn jurnalistlərə bildirib.
“Hesab edirəm ki, burada, artıq açıq şəkildə dediyim kimi, biz Azərbaycan ilə Ermənistan arasında sülhü əldə etmək üçün real fürsət görürük. Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərin köməyi ilə əlaqə saxlaması bizi ruhlandırır. Və eyni zamanda, biz bütün regionun faydalanması üçün real fürsət görürük”, - deyə o bildirib.
O'Brayn qeyd edib ki, əgər Mərkəzi Asiyadan mallar Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə çatdırıla bilsə, bu, bu ticarət marşrutu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olacaq: “Və biz bu prosesin bir hissəsi olmaq imkanına şad olardıq”.
Burada diqqəti çəkən məqam odur ki, ABŞ Ermənistanı “Orta dəhlizə” qoşmaq istəyir. Bu, həm də o deməkdir ki, Vaşinqton Paşinyanın “Sülh kəsişməsi” layihəsini dəstəkləiyir.
“Tutduğu anti-Azərbaycan siyasətinə görə həmin plan baş tutmur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bütün bunlara bir neçə aspektdən yanaşdı: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində Nikol Paşinyanin “Sülhün kəsişməsi” planını dəstəkləyir. Bu, bəlli olan məsələ idi. Çünki Vaşinqton istəyir ki, Ermənistan beynəlxalq tranzit daşımalarda iştirak etsin və bundan gəlirlər əldə etsin. Ona görə də “Orta dəhliz”in imkanlarından istifadə etmək üçün Ermənistanıı prosesə qoşmağa çalışır. Ancaq tutduğu anti-Azərbaycan siyasətinə görə həmin plan baş tutmur. Təsadüfi deyil ki, O'Braynın məlum açıqlamasından sonra dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefonla danışdı. Telefon danışığından sonra tərəflər arasında müəyyən razılaşma əldə edildi. Vaşinqton Ermənistanın “Orta dəhliz”də olmasını istəyirsə, ilk növbədə Azərbaycanın şərtləri ilə razılaşdırılmaqla sülh müqaviləsini dəstəkləməlidir. Ermənistan məğlub olub və onun şərtləri beynəlxalq hüquqa ziddir. Ermənistan forpost və erməni xalqı kölə xislətinə malik bir xalqdır. Belə olan halda Azərbaycan niyə məğlub və kölə bir ölkə ilə onların istəyinə görə sülh bağlamalıdır? ABŞ vasitəçilikdə maraqlıdırsa, Ermənistana təzyiq etməli və sülhün ədalətli şəkildə təmin edilməsinə yardım etməlidir. Hazırkı ritorika ilə bu mümkün olmayacaq. Azərbaycana təzyiq edilə bilməz və onun nəticələri də olmayacaq. Düşünürəm ki, Ermənistan Azərbaycanin şərtlərini qəbul edərsə, “Orta dəhlizə” qoşula bilər”.
Vidadi ORDAHALLI