KÖHNƏ VERSİYA            

Ermənilərin "Şuşada kilsə dağıdıldı" şivəni böyük yalandır...

Image

Faiq İsmayılov: “Ermənilərin bu iddiaları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir”

Erməni mediası və qondarma “rəy” təşkilatları Şuşada hansısa “erməni kilsəsi”ndən danışır, onunla bağlı əsassız iddialarını davam etdirirlər. “Meqreçoç Surb Astavaçaçin” adı verdikləri bir kilsədən danışırlar. 

44 günlük müharibədən sonra ermənilərin “Qafqaz İrsinin Mühafizəsi üzrə Beynəlxalq Təşkilatı (Caucasus Heritage Watch) antiazərbaycan addımlarını davam etdirir, şər kampaniyasını genişləndirir. Erməni mediası iddia edir ki, guya aparılan tikinti nəticəsində  Şuşadakı “erməni kilsəsi”nin tarixi təbəqəsi “zibilliyə” çevrilib. Guya peyk görüntülərində kilsənin “zədələndiyi” görsənir (?) Guya 2023-cü il noyabrın 3-də “peykdən çəkilmiş görüntüyə əsasən” Azərbaycan tərəf “ağır texnikadan istifadə edərək” 2017-ci ildə “aparılan qazıntılar nəticəsində aşkar edilmiş kilsə hissələrinə bitişik ərazilərə bütün tikinti tullantılarını atıb”.

İddia edirlər ki, guya “Meqreçoç Surb Astvatçaçin” kilsəsi Şuşa şəhərinin yuxarı məhəlləsində, Qazançı kilsəsindən təxminən 600 km cənub-qərbdə yerləşir. Guya kilsə 1838-ci ildə eyniadlı məhəllədə Meğridən olan köçkünlər tərəfindən tikilib. “Tikinti kitabəsində “Surb Amenaprkiç Meqretçoç kimi qeyd olunur ki, o, Maxtes Axumyantsın vəsaiti hesabına tikilib” deyə iddia edirlər. Guya 1960-cı illərdə kilsə dağıdılıb, açıq havada yay kinoteatrına çevrilib.

Azərbaycanın kilsəni “dağıtdığını” iddia edirlər. Beynəlxalq konvensiyalardan misal gətirən ermənilər nədənsə unudurlar ki, Şuşa Azərbaycan şəhəridir və orada tarixən ermənilər yaşamayıb, burada qədim erməni kilsəsi olmayıb. Digər tərəfdən də, Azərbaycan kilsə dağıdan ölkə deyil, kilsə dağıdan idisə Bakının mərkəzində erməni qriqoryan kilsəsini indiyə qədər niyə dağıtmayıb? Bu kilsə oyunu təbii ki, ermənilərin növbəti oyunudur. 

“O dövrgə nəinki Merdinli məhəlləsində, ümumiyyətlə Şuşa şəhərində erməni əhali yaşamırdı” 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstiututunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu kilsə uydurması yeni iddia deyil, 2020-ci ildən bəri davam edən əsassız məsələdir. “Birmənalı olaraq, Şuşada erməni kilsəsi yoxdur. İkinci bir tərəfdən, indiki şəraitdə “erməni kilsəsi”nin ərazisinə heç kim buraxılmır. İlk dəfə 2020-ci ilin dekabr ayında o binanın içərisində olmuşam, binanın hər tərəfinin fotolarını da çəkmişəm...Zibil iddiası da, kilsənin dağıdlması da  gerçək deyil. Ermənilər keçən əsrin 90-cı illərində çəkdikləri şəkillərdən bu gün də “yeni foto” kimi istifadə edirlər. 90-cı ildə Şuşanın içində tanklar da, tör-töküntülər də vardı. Ermənilər hətta yaralıları Şuşa kilsəsinin içində müalicə də edir, onları orada saxlayırdılar ki, azərbaycanlılar kilsəsini vurmazlar. Bilirdilər ki, azərbaycanlılar heç zaman kilsəsini vurmaz, əksinə qoruyar. Bunu bilirdilər. Ermənilərin informasiyanı haradan alması önəmli deyil. Onlar Azərbaycana şər-böhtan atırlar. Azərbayanın guya mədəni irsə qarşı vandalizm aktı törətdiyini dünyaya yaymağa çalışırlar. Təəssüf ki, bəzən buna nail ola bilirlər də...

2020-ci ildən sonra erməni saxtakarlığının yeni mərhələsi başladı və o yalan, şər kampaniyası bu gün də davam edir”.

F.İsmayılov qeyd etdi ki,  Azərbaycanın Ermənistan Silahlı qüvvələri üzərində 44 günlük qələbəsindən sonra erməni ideoloqları 28 il işğal altında qalan Azərbaycan ərazilərinin tarixinin və mədəniyyətinin ermənilərə məxsus olması barədə daha geniş təxribat xarakterli təbliğata başlayıblar. “Ermənilər Azərbaycana qarşı ərazi iddialarını “əsaslandırmaq” üçün yalan, şantaj xarakterli məlumatlardan istifadə edir, əsassız ittihamlardan çəkinmirlər.  Bunu 44 günlük qələbədən sonra Şuşaya qarşı erməni saxtakarlığının yeni dövrü kimi də dəyərləndirmək olar. Azərbaycana qarşı bütün bu həqiqətə uyğun olmayan informasiyalar ermənilər tərəfindən beynəlxalq internet resurslarına yerləşdirilir və bəzi hallarda bu təxribat xarakterli məlumatlar müəllifinə rəğbət də qazandırır. Odur ki ermənilər tərəfindən yayılan bu kimi məlumatların hamısı araşdırılmalı, təhlil edilməli və əsaslı dəlillərlə həqiqətin nə olduğu ortaya çıxarılmalıdır. Ermənistanda Qarabağın ermənilərə “məxsusluğu” barədə cild-cild kitablar yazılıb, heç nəyə əsaslanmayan sitatlar gətirilir, təhlillər aparılır. İndi erməni təbliğatının əsasında daha çox Qarabağ xanlığının baş şəhəri olan Şuşa şəhərinin ermənilərə “məxsus” olduğu barədə yalan iddialar dayanır. 2000-ci ildə İrəvanda “Şuşanın Mədəni Varislik Konsepsiyası” adlı sənəd qəbul etdiklərini elan etdilər. Bu sənəd əslində Şuşanın şəhər memarlığını dəyişmək üçün Ermənistan Hökuməti tərəfindən düşünülmüş plan idi. Ermənistanın bu planı  Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılmasına, Azərbaycanın mülkiyyət hüququnun  mənimsənilməsinə  yönəlmiş vandalizm aktı idi. “Şuşanın Mədəni Varislik Konsepsiyası” Şuşa şəhər mədəniyyətini xristian dəyərlərinə uyğunlaşdırmaqla, Şuşanı “dünya ermənilərinin dini mərkəzi”nə çevirmək istəyindən irəli gəlirdi.  Bu məqsədlə 2000-ci ildə İrəvan şəhərində “Shousi” Mədəniyyət Fondu və “Shousi” nəşriyyat evi yaradıldı. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin  memarlıq kompozisiyasının erməni mədəniyyətinə uyğunlaşdırılması, şəhərdə turizm üçün əhəmiyyətli hesab olunan ərazilərin yenidən qurulması idi.

Bu baxımdan Şuşa şəhəri üzərində Azərbaycan Ordusunun qələbəsini həzm edə bilməyən ermənilər Şuşa şəhərinin tarixini kobud şəkildə təhrif edir, öz arzularını saxta dəlillərlə əsaslandırmağa çılışırlar ki, bu da olduqca mənasız görünür.  Şuşa şəhərinin tarixinin dəyişdirilməsinə edilən cəhdlər həmişə erməniləri gülünc vəziyyətdə qoyub. Belə cəhdlərdən biri 2017-ci ildə baş verən və indiyə kimi Ermənistan mətbuatında müzakirə olunan təxribat xarakterli məlumatdır”.

F.İsmayılovun sözlərinə görə, 12 may 2017-ci ildə İrəvanda, Armenpress saytına Qarabağın artıq məhv olmuş  qondarma “erməni qurumunun” “Tarix və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Xidmətinin”, “ elmi direktorunun müavini” Njde Yeranyan Şuşa şəhərinin Merdinli məhəlləsində qazıntı zamanı “kilsə qalıqlarının aşkar edilməsi” barədə məlumat yaydı. “Hələ o zaman separatçıların nümayəndəsinin verdiyi bu məlumatın tərəfimizdən araşdırılmasına qərar verdik.  Məlum oldu ki, adını “tədqiqatçı” qoyan bu şəxsin verdiyi məlumat yalan, təxribat və cəfəngiyatdan başqa bir şey deyil. Njde Yeranyan verdiyi məlumatda qeyd edir ki, 1838-ci ildə Qərbi Zəngəzurun Meğri şəhərindən gələn mühacirlər Şuşa şəhərinin Merdinli məhəlləsində kilsə tikiblər.  Njdenin yalan danışdığını adi bir tarixi məlumat sübut edir.

Merdinli məhəlləsi Şuşa şəhərində XVIII əsrin sonları, XIX əsrin  əvvəllərində salınmış şəhərin yuxarı məhəllələrindən biri olub. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalının Hacılı və eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarından gələn müsəlman əhali olub.  Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Xan qızı Natəvanın göstərişi ilə Şirin su hamamı da bu məhəllədə tikilib. Bütün bu tarixi faktlar göstərir ki, 1838-ci ildə Şuşa şəhərinin bir nəfər də olsun erməni yaşamayan Merdinli məhəlləsində kilsə tikməyə heç bir zərurət yox idi. O dövrgə nəinki Merdinli məhəlləsində, ümumiyyətlə Şuşa şəhərində erməni əhali yaşamırdı. Əgər Şuşada, nəinki ermənilər, hətta xristian dininin daşıyıcıları olan digər xristian əhali yaşamış olsaydı, Şuşadakı Çar Rusiyası hərbi qarnizonunun rəhbərliyi 1887-ci ildə Şuşa şəhərində kilsə tikintisində işləmək üçün Naxçıvan MR-nın Ordubad rayonunun Qazançı kəndindən buraya erməni əhali köçürməzdi. Araşdırma zamanı məlum oldu ki ermənilər tərəfindən aparılan “qazıntı” işləri Şuşanın hansısa bir tarixi məkanında deyil, 1960-cı illərdə Sovet İmperiyası dövrü inşa edilmiş “Yay klubu”nda aparılıb. Bu klub əsasən Şuşa şəhərinə gələn turistlərin istirahəti üçün nəzərdə tutulmuşdu. Şəhərin istirahət müalicə düşərgələrində dincələn turistlər bura toplaşaraq gün vannası qəbul edir, axşamlar isə müxtəlif musiqi sədaları altında rəqs edib dincəlirdilər. Yay klubu musiqiçilərin əyləşə biləcəyi çox da böyük olmayan dörd  sütun üzərində üç tağlı monumental qurğudan və kiçik həcmli düzbucaqlı məkan kompozisiyasına malik rəqs meydançasından ibarət idi. Bu istirahət güşəsi müxtəlif illərdə dəfələrlə təmir edilsə də, indiyə qədər öz ümumi formasını qoruyub saxlaya bilmişdir. Diqqətlə baxdıqda bu məkandakı tikinti qalıqlarının kilsə memarlığına heç bi aidiyyətinin olmadığı bəlli olur. Dini xarakterli tikililərdə memarlığın özünəməxsus fərqli üslubu və digər xüsusiyyətləri olur. Məhz bu fərqlilik dini xarakterli tikililəri digər tikinti və qurğulardan əsaslı şəkildə fərqləndirir. 2-ci bir tərəfdən, bura dini ibadət yeri olsaydı, burada xristian dininə mənsub olan vətəndaşlar çılpaq vəziyyətdə gün vannası qəbul etməz, ərazini rəqs meydançasına çevirməzdilər.

Ermənilər 2017-ci ildə yay klubunda qeyri-qanuni qazıntı işləri apararaq rəqs meydançasını beton və asfaltdan təmizləyib bir metr dərinliyində qazsalar da, buradan heç bir sübut tapa bilmədilər, onlar heç nəyə nail ola bilmədilər. Qazıntı nəticəsində iddia olunan kilsə qalıqları akar olunmadı. Lakin ermənilər “kilsə” qalıqlarının olduğunu isbat edə bilməsələr də, mətbuatda mütəmadi təxribat xarakterli xəbərlər yayaraq Şuşanın Merdinli məhəlləsində kilsə qalıqlarının aşkar edildiyini iddia edirlər. Ermənilərin bu iddiaları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki ərazi beynəlxalq hüquqla tənzimlənən və dünya dövlətləri tərəfindən tanınan  Azərbaycan ərazisidir.   28 il işğal altında qalan bu ərazidə ermənilər tərəfindən arxeoloji qazıntılar aparılması vandalizm aktıdır. Bunu edən insanlar qanunla cəzalandırılmalıdır”-deyə F.İsmayılov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031