KÖHNƏ VERSİYA            

"Bizim rəzalət" - şəhidin ildönüm pulunu oğurlayanlar da bizdəndir...

Image

Neftçala rayonunun Bankə qəsəbəsində şəhid anasına qarşı baş verən quldurluq hadisəsi sosial şəbəkələrdə ciddi şəkildə müzakirə edilir. Həm fiziki, həm də mənəvi cinayəti törədən şəxsə qarşı sərt cəza tədbirinin seçilməli olduğu deyilir.

Yayılan məlumata görə, Bankə qəsəbəsində yaşayan şəhid anası İlşad Kəlbiyevanı evinə axşam saatlarında daxil olan cinayətkar tənha yaşayan vətəndaşı hədələyərək onun 800 manat pulunu alıb.
 Quldurluq edən şəxs naməlum istiqamətdən həyətə və oradan evə daxil olub. Üzündə maska olan şəxs ananı bıçaqla hədələyərək pulunu alıb. Hadisə ilə bağlı Neftçala Polis İdarəsinə müraciət edilib.
 Məsələ ilə əlaqədar  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəhbəri, baş inspektor, polis mayoru Nizam Həmidovun sözlərinə görə, sözügedən cinayət işi ilə əlaqədar olaraq Neftçala rayon Polis Şöbəsində cinayət işi açılıb.
 Qeyd edək ki, İlşad Kəlbiyeva Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin anasıdır. Şəhid anası pensiyasından qənaət edib yığdığı pulu şəhid oğlunun  ildönümünü qeyd etmək üçün saxlayıbmış.

Telman Kəlbiyev öz ailəsini, anasını cəmiyyətə etibar edib canını vətən yolunda fəda edib. Çox təəssüf ki, yaşadığımız cəmiyyətdə şəhid anasına bıçaq çəkəcək, şəhidin ehsan puluna göz dikəcək dərəcədə alçalmış və vicdan hissini itirmişlər də var. Şəhidin evini necə qarət etmək olar? O, canını Vətən yolunda qoyub, ailəsini cəmiyyətə etibar edib, amma kimsə onun anım günü üçün yığılan pulu oğurlayıb

Şəhidin evini qarət edən oğruya hansı cəza verilməlidir ki, bu bir dərs olsun?  

Elyar İslamoğlu: “Şəhid evinə uzanan əl dərhal qırılmalıdır”

Filologiya üzrə fəlsəfə doktoru Elyar  İslamoğlu “Bakı-Xəbər”ə şərhində “Bu hadisə barədə sosial şəbəkələrdə oxudum. Dərhal şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxladım, baş vermiş hadisənin detallarını öyrəndim. Ailə çox pərişan və məyusdur. Hadisə gecə olub. Şəhid anasının 72 yaşı var. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını da tez-tez ziyarət edə bildiyini deyib. 

Div cüssəli igid Telman Kəlbiyev yeddi bacının yeganə qardaşı idi. "Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi" deyir şəhidin xanımı.

Təəssüf ki, şəhid əmanətlərinə sahib çıxa bilmirik. Artıq neçənci şəhid ailəsidir ki, evindən, çantasından oğurluq edilir.

Cəzalar sərtləşdirilməlidir. Şəhid evinə uzanan əl dərhal qırılmalıdır. Bu qəhrəman igidlər ailələrini xalqa, dövlətə əmanət edib. Əmanətə sahib çıxılmalıdır. Yüzlərlə tənha şəhid anası var. Bu hadisə həmin analara çox böyük zərbə oldu. Tənha anaların təhlükəsizliyi təmin olunmalıdır” - deyə bildirdi.

E.İslamoğlu onu da qeyd etdi ki, şəhid Telman Kəlbiyevin anası kimi analar çoxdur, onlar övladlarının məzarına yaxın olmaq, qəbrini tez-tez ziyarət etmək üçün tənha yaşamağa üstünlük verirlər. 

E.İslamoğlunun sözlərinə görə, bu gün Telmanın anasının boğazına bıçaq dirənməsi həm də cəmiyyətin günühıdır ki, biz şəhidlərin əmanətinə sahib çıxa bilmirik: “Halbuki, biz şəhidləri dəfn edəndə onlara söz vermişdik ki, ailələriniz bizə əmanətdir. Amma təəssüflər olsun ki, nə aidiyyəti qurumlar, nə də cəmiyyət lazımı şəkildə şəhid ailəsinə sahib çıxa bilir...”

E.İslamoğlu qeyd etdi ki, Ağstafada, Mingəçevirdə də analoji hadisə baş verib. Müsahibimiz bir   daha qeyd etdi ki, cəmiyyət şəhid ailəsinə sahib çıxmalıdır. O, həmçinin “bu cür hadisələrə görə hətta ömürlük həbs cəzası verilməlidir ki, digərilərinə də dərs olsun” - dedi.

Əziz Qəmbərov: “Ona ən böyük cəza mənəvi cəza olmalıdır”

Hüquqşünas, tanınmış vəkil Əziz Qəmbərov da “Bakı-Xəbər”ə müsahibəsində baş verən olayı təəssüflə qarşıladı. “Oğurlanan vəsait məbləğindən və iştirakçıların sayından aslı olaraq qanunla müəyyən edilmiş cəza dəyişir. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-

üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu, qanunla müəyyən edilmiş cəzadır. Minimum və maksimumu nəzərdə tutulur. 

Deyərdim ki ona ən böyük cəza mənəvi cəza olmalıdır. Beləsinin ətrafında olan insanlar ondan uzaq durmalı və ona adi salam da verməməlidir Ancaq məncə, bu mənəvi cəza da ona təsir etməz. Mənəviyatı olan şəhid ailəsindən oğurluq etməz, ən azından utanar...Belələri mənəvi cəhətdən aşınmış adamlardır” - deyə Ə.Qəmbərov əlavə etdi.

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031