Simonyan: “....15 gün ərzində İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”
Siyasi iradə olarsa, 15 gün ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Demək olar ki, bütün prinsipial məsələlərdə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılıq əldə edilib”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Simonyan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü barədə hələlik razılaşma yoxdur.*