Ermənistan prezidenti də qondarma rejimin "qurum"larının saxlanmasını məqsədəuyğun saymadı
Ermənistan prezidenti Vaaqn Xaçatryanın fikrincə, Qarabağda ləğv olunmuş qondarma rejimin "qurumları”nın saxlanması məqsədəuyğun deyil.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçatryan bu barədə jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin hüquqlarını Ermənistan qoruyur.
Ermənistan hökumətinin Qarabağı könüllü tərk edən ermənilərin qayıtmasına necə imkan yaratdığı barədə suala cavab olaraq Xaçatryan, bu mövzuların müzakirə olunduğunu deyib.
Ermənistan prezidenti Qarabağın hələ 1991-ci ildə Azərbaycanın bir hissəsi olaraq tanındığını da xatırladıb.