Obama Harrisin namizədliyini dəstəkləmədi, Klinton ailəsi isə...
Birləşmiş Ştatların sabiq prezidentləri Barak Obama və Bill Klinton Prezident Co Baydenin noyabrda keçiriləcək prezidentlik yarışından çıxmaq qərarına reaksiya veriblər.
Bayden vitse-prezident Kamala Harrisin Demokratlardan prezidentliyə namizəd olmasını dəstəkləyib.
Co Baydeni Birləşmiş Ştatların ən ardıcıl siyasət yürüdən prezidentlərindən biri və ən yüksəksəviyyəli vətənpərvər adlandıran Barak Obama qeyd edib ki, o, ABŞ-ı Donald Tramp administrasiyasını xarakterizə edən dörd illik xaos, yalan və parçalanmadan uzaqlaşdırıb. Bununla belə, sabiq Prezident Kamala Harrisin namizədliyini dəstəkləməkdə çətinlik çəkdiyini bildirib.
Bill Klinton isə bəyanatında Co Baydenin qeyri-adi xidmət karyerasını Amerikanı görünməmiş pandemiyadan çıxaran, milyonlarla yeni iş yerləri yaradan, dağılmış iqtisadiyyatı yenidən quran, demokratiyamızı gücləndirən və ABŞ-ın dünyada mövqeyini bərpa edən prezidentlik ilə başa vurduğunu deyib. Onun və həyat yoldaşı Hillari Klintonun birgə bəyanatında deyilir: “Biz milyonlarla amerikalının Prezident Baydenə gördüyü bütün işlərə görə təşəkkür etməklə, onun Amerikanın müdafiəsində durmaq, Şimal Ulduzunun həmişə ölkə üçün ən yaxşısı olduğunu bildirmək üzrə fikirlərinə şərikik”.
Obamadan fərqli olaraq, Klinton ailəsi Kamala Harrisi dəstəkləyib və onun seçilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
ZÜMRÜD