“Rusiyanın Hindistana üzməli olan 10 neft tankeri Hindistandan üz döndərdi- niyə?....
Rusiya neftinin Hindistana daşınması üçün ən sərfəli marşrutlardan biri ilə bağlı çətinliklər yaranıb. Bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, Rusiya tədarükçüləri Ukraynada xüsusi əməliyyata başlayandan və Qərb tərəfinin Rusiya məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq etdikdən sonra diqqətlərini Yeni Dehliyə yönəldiblər. Lakin agentlik Hindistan valyutasının konvertasiyasında çətinliklərin olduğunu bildirir. Çətinlik ölkələr dollarla ödənişlərdən imtina etdikdə yaranıb.
Problem Moskva ilə Yeni Dehli arasında ticarət əlaqələrini demək olar ki, pozmaq təhlükəsi yaradır.
Anonim Reuters mənbələri məsələnin xüsusi həssaslığını qeyd edir, çünki Rusiya Federasiyası Mərkəzi Bankının rupiləri qəbul etməmək barədə qeyri-rəsmi göstərişləri səbəbindən Rusiya pulları Hindistanda ilişib. Hindistan valyutası konvertasiya olunmur və ölkədən kənarda az dəyərə malikdir. Bununla belə, Rusiya tədarükçüləri də əldə etdikləri gəlirləri Hindistan bazarına xərcləyə bilmirlər.
Agentliyin məlumatına görə, noyabr ayında Hindistana üzməli olan ona yaxın tanker Rusiyanın iki böyük neft şirkəti tərəfindən başqa istiqamətlərə yönləndirilib.
Leyla Səməndər