Pis hava şəraiti 5 ukraynalının həyatına son qoydu
Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində üzücü məlumatlarla çıxış edib. Dövlət başçısı qeyd edib ki, Ukraynada qeyri-sabit hava şəraiti nəticəsində ölən və yaralananlar var. Pis havanın qurbanlarının əksəriyyəti Odessa vilayətindədir. Dövlət başçısı pis hava şəraitinə görə insan itkisinə yol verməmək üçün yerlərdə maksimum səy göstərməyin vacibliyini vurğulayıb.
“Təəssüf ki, bu günə kimi 5 nəfər ölüb. Onların əksəriyyəti Odessa vilayətindəndir. Onların ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Zelenski bildirib.
Mətləb