Bu üç rayona 14 santimetr qar yağıb!
Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin ən son məlumatında deyilir ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.
Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir. Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.
Mətləb