"Azərbaycan media landşaftı üzrə məlumat bazası" təqdim olundu - FOTO
Azərbaycan Mətbuat Şurasının Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumat bazası"nın təqdimatı oldu.
Azərbaycan Mətbuat Şurasının binasında baş tutan tədbirdə Mətbuat Şurasının rəhbəri Rəşad Məcid və media təmsilçilərinin iştirak edirdi. Tədbiri R.Məscid açaraq layihə barədə qısa danışdı və bu işin əhəmiyyətini vurğuladı. Bu işin ərsəyə gəlməsinə göstərikləri dəstəyə görə Şura sədri MEDİA-ya və QHT Agentliyinə minnətdarlığını bildirdi.
Tədbirdə məlumat verildi ki, "Media landşaftı üzrə məlumat bazası" Azərbaycan media məkanı və media mühiti barədə aydın təsəvvür formalaşdıran məlumat bazasıdır.
MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmədli bildirdi ki, media sahəsində vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti çox əhəmiyyətlidir. "Media landşaftı üzrə məlumat bazası"nın yaradılmasını təqdir edən N.Məmmədli qeyd etdi ki, Azərbaycanda buna qədər bu sahədə pərakəndəlik vardə və məlumat bazasının yaradılması bu istiqamətdə bütün təsəvvürləri aydınlaşdırır. O, həmçinin layihənin həm yerli, həm də beynəlxalq əhəmiyəti olduğunu vurğuladı.
QHT Agentliyinin rəsmisi Natiq Adilov da çıxışında bu platformanın yaradılmasını alqışladığını bildirdi və onun çox faydalı olduğunu qeyd etdi.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov məlumat bazası haqda danışarkən bildirdi ki, Şuranın rəsmi saytında ayrıca "Media landşaftı üzrə məlumat bazası" kateqoriyası yaradılıb. O, qeyd etdi ki, bu kateqoriya Azərbaycan və ingilis dillərindədir, gələcəkdə onu daha da zənginlışdirmək planlaşdırılır.
Tədbirdə bildirildi ki, layihənin icrasına Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi Jurnalistlərin Həmkarlar İttifaqı metodiki və texniki dəstək verib. M.Ələsgərli çıxış edərək layihə barədə geniş məlumat verdi, onun yerli və beynəlxalq əhəmiyyətini detallı şəkildə izah etdi.
Tədbirdə vurğulandığına görə, "Media landşaftı üzrə məlumat bazası” bu istiqamət üzrə bütün informasiyaların vahid mənbədə toplanılmasına imkan yaradır ki, Azərbaycan media mühiti barədə detallı və obyektiv bilgi əldə etmək istəyən şəxslər bir mənbəyə daxil olmaqla axtardıqları bütün informasiyaları əldə edə bilsinlər.
Həmçinin bildirildi ki, Fəaliyyət Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən icra olunan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" adlı layihə çərçivəsində icra ediləcək.
İradə SARIYEVA