İordaniyadan İsrailə Fələstin xəbərdarlığı - bu müharibə elanı sayılacaq...
İordaniyanın baş naziri Bişer Xasavne fələstinlilərin Qəzzadan çıxarılmasının İordaniyanın "qırmızı xətti" olduğunu ifadə edərək, İsrailə sərt müharibə xəbərdarlığı edib.
Baş nazir deyib ki, İordaniya fələstinlilərə qarşı sürgün cəhdini müharibə elanı kimi qiymətləndirəcək. "Köçürülmə, yeni Nəkbə olmayacaq. köçürmə və ya alternativ vətən yoxdur” - deyə Bişer bildirib.
İsrailin Qəzzaya hücumlarına baxmayaraq, İordaniyanın bütün variantlarının “masada” olduğunu əlavə edən İordaniya Baş naziri bildirib ki, İsrailin hərəkətləri beynəlxalq humanitar hüququn “açıq-aşkar pozulmasıdır”.
TAHİR